İran tankeri saxlamaqla təhlükəli yol seçir - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İran Britaniya bayrağı altında üzən tankeri azad etməsə, bunun "ciddi nəticələri" olacaq, Böyük Britaniyanın Xarici İşlər naziri Jeremy Hunt deyib.
Onun sözlərinə görə, Hörmüz boğazında Britaniya bayrağı altında üzən gəmini saxlamaqla İran hakimiyyəti "qanunsuz və stabilliyi pozan" "təhlükəli yol" seçmiş ola bilər.
Bundan əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazında Britaniyaya məxsus tankeri saxlayıb. İran tərəfinin məlumatına görə, tanker beynəlxalq dənizçilik qaydalarının pozulmasına görə saxlanılıb.
Britaniyanın Xarici İşlər naziri deyib ki, o, İranın iki tankeri saxlamasından "son dərəcə" narahatdır. Jeremy Hunt, gəmi azad olunmazsa, hadisənin "ciddi nəticələri" olacağını deyib.
"Biz hərbi variantları nəzərdən keçirmirik, - Jeremy Hunt deyib. - Bu vəziyyətin diplomatik həll yollarını araşdırırıq".
Stena Impero tankeri Britaniya bayraqlıdır, Mesdar isə Liberiya bayrağını daşısa da, Britaniyaya məxsusdur.
Britaniyanın Xarici İşlər naziri Jeremy Hunt gəmi ilə bağlı İranın addımlarını "qanunsuz və stabilliyi pozan" kimi səciyyələndirib
Stena Impero-nın sahibləri "İran tərəfdən şimala gedən" tankerlə əlaqə saxlaya bilmədiklərini deyirlər.
Məlumata görə, 23 nəfər heyətin olduğu tankerə "naməlum kiçik qayıqlar və bir helikopter" yaxınlaşıb.
İzləmə saytları ehtimal etməyə imkan verir ki, Mesdar öz kursuna geri qayıdıb və qısa müddətə saxlanılıb.
Cümə günü hökumətin fövqəladə komitəsi - Cobra hadisəni müzakirə etmək üçün ikinci dəfə görüşəcək.
Cənab Hunt tankerlərin zəbt edilməsini "qəbuledilməz" adlandırıb.
İran mediası Stena Impero-nın İran İnqilab Keşikçiləri tərəfindən zəbt edildiyini bildirib.
Tasnim agentliyi İranın Limanlar və Dənizçilik Təşkilatına əsasən yazır ki, "Biz Britaniyanın neft tankeri - Stena Impero-nın bəzi problemlərə səbəb olması barədə bəzi məlumatlar almışıq.
Biz hərbi qüvvələrdən xahiş etdik ki, lazımi araşdırmaların aparılması üçün bu tankeri Bəndər Abbas limanına tərəf ötürsünlər."
Jeremy Hunt onu da deyib ki, Britaniyanın Tehrandakı səfiri İranın Xarici İşlər Nazirliyindən vəziyyəti həll etmək üçün əlaqədədir.
Bu hadisə ABŞ, Britaniya və İran arasında münasibətlərin gərginləşməsindən sonra baş verir.

Təhlil - Britaniya "çətin dilemma" qarşısında
Frank Gardner,
Təhlükəsizlik məsələləri üzrə BBC müxbiri
Cobra toplantısına qatılan müdafiə, kəşfiyyat və diplomatiya rəsmiləri çətin dilemma ilə üzləşirlər.
Aydındır ki, Britaniya bayrağı altında həyata keçirilən gəmiçiliyin mühafizəyə ehtiyacı var. Lakin kifayət qədər gəmisi olmayan Britaniya Hərbi dəniz qüvvələri bu vəzifənin öhdəsindən təkbaşına gəlmək iqtidarında deyil.
Belə ki, bu, ABŞ Mərkəzi Komandanlığının müzakirə etdiyi Operation Sentinel əməliyyatı çərçivəsində beynəlxalq qüvvələrin tərkibi olmalıdır.
ABŞ-ın körfəzdə çoxlu gəmiləri var. Onun qüdrətli 5-ci donanması Bəhreyndə mənzillənir.
Lakin burada bir problem mövcuddur. İranla bağlı ümumi siyasətə gəlincə, Britaniya və onun Aİ partnyorlarının mövqeyi Washington-un mövqeyindən fərqlədir.
ABŞ İranla nüvə sazişini tərk edib, Britaniya və Aİ isə onu həyatda saxlamağa çalışırlar.
Ona görə də, Atlantikanın bu tərəfində, nə ABŞ-ın İrana dair sərt siyasəti ilə yaxından bağlılığı, nə də ki, gərgin vəziyyəti daha da kəskinləşdirən kimi yozula biləcək addımlara həvəs yoxdur.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Trampın 7 milyard dollarlıq sərvətinin sirri - Pulları haradan gəlir?
-
Paşinyan mükafat almaq üçün Almaniyaya gedir
-
Türkiyədə dönər və qiymə ilə bağlı yeni qaydalar qüvvəyə mindi
-
General-mayor Anton Qrunis öldü
-
Mertsin ABŞ səfəri ləğv edildi
-
İstanbulda boyun kütlətməyə gedən tır sürücüsü öldü - Həkimdən xəbərdarlıq - (Video)
XƏBƏR LENTİ
-
Ter Şteqen barədə qərar verildi
-
Ermənistan rəhbərliyi anlamalıdır ki, siyasi oyunlar artıq keçərli olmayacaq - Sahil Kərimli
-
Azərbaycanda abort sayı doğuş sayına çatdı
-
Dövlət büdcəsinin layihəsi Nazirlər Kabinetinə təqdim edildi
-
Bakıda Formula 1 yarışı bu tarixdə keçiriləcək - Rəsmi
-
Azərbaycanda minlərlə abonentə təsir edəcək dəyişiklik - internet tarifləri artırılır
-
Trampın 7 milyard dollarlıq sərvətinin sirri - Pulları haradan gəlir?
-
Paşinyan mükafat almaq üçün Almaniyaya gedir
-
Sentyabrın 17-də hava belə olacaq - Proqnoz
-
Veteranlara şad xəbər - 400 manat...
-
Hakimlər Komitəsinin sədrindən etiraf: Penalti səhv imiş
-
Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - (Foto)
-
Türkiyədə dönər və qiymə ilə bağlı yeni qaydalar qüvvəyə mindi
-
General-mayor Anton Qrunis öldü
-
Mbappe PSJ-yə pul ödəməli olacaq
-
Qara Qarayev tıxacda qalan uşaqla selfi çəkdi - (Video)
-
Auditorlar Palatasının bir qrup üzvü və əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb
-
Mertsin ABŞ səfəri ləğv edildi
-
Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
-
Tıxaca görə dərsə gecikən tələbələrə güzəşt olacaq?
-
İstanbulda boyun kütlətməyə gedən tır sürücüsü öldü - Həkimdən xəbərdarlıq - (Video)
-
Qəbələdə 65 yaşlı kişini avtomobil vurdu - Öldü
-
Bakıda 82 yaşlı kişi 9 mərtəbəli binadan yıxılaraq öldü





