Dünya

Tramp Ərəbistana hərbçi göndərir, Konqresin xəbəri yoxdur

18 İyul 2019 23:46
0 Şərh     Baxış: 1 210
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Birləşmiş Ştatlar Səudiyyə Ərəbistanına 500 hərbçi göndərməyi planlaşdırır.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə "CNN" telekanalı Pentaqon nümayəndələrinə istinadən xəbər verir.

Məlumata əsasən, hərbçilər şahzadə Sultan aviabazasında yerləşdiriləcək.

Qeyd olunur ki, ABŞ hərbçilərindən ibarət kiçik kontingent və texniki personal artıq bazadadır. Onlar bazanı "Patriot" zenit-raket kompleksinin gəlişinə hazırlayırlar. Bundan əlavə, kontingent bazanın hava limanını təkmilləşdirir.

Hələlik ABŞ Konqresi Səudiyyə Ərəbistanına hərbçilərin yerləşdirilməsinə dair məlumatlandırılmayıb. Nəşrin mənbəsinin sözlərinə görə, müvafiq bəyanat yaxın vaxtlarda yayılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.