Dünya

Merkeli titrədən xəstəlik nədir?

14 İyul 2019 12:33
0 Şərh     Baxış: 3 055

Ekspertlər üçüncü dəfə əsməcəsi tutan Almaniya kansleri Angela Merkelin hipoqlikemiya xəstəsi olduğu qənaətindədir.

Milli.Az axar.az xəbər verir ki, hipoqlikemiya qan şəkərinin normadan aşağı düşməsidir. Şəkər xəstəliyi dərmanlarının qəbulunun gecikməsi və ya qəbul edilməməsi, ac qalma, həddindən çox fiziki hərəkət və bol miqdarda alkoqol qəbulu hipoqlikemiya səbəb ola bilər.

Hipoqlikemiyanın əlamətləri halsızlıq, başgicəllənmə, narahatlıq, solğunluq, baş ağrısı, titrəmə, tərləmə, ürək döyüntülərinin sürətlənməsi və üşümədir.

Qeyd edək ki, Angela Merkelin Berlində Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşü zamanı ilk dəfə titrədiyi kameraya düşmüşdü. İkinci dəfə bu hal yeni Ədliyyə naziri Kristin Lambertin rəsmi şəkildə vəzifəyə başlaması ilə əlaqədar paytaxt Berlində keçirilən tədbirdə müşahidə olunmuşdu.

Ötən gün isə Merkel Finlandiya baş nazirinin rəsmi qarşılanma mərasimində üçüncü dəfə titrəyib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.