Dünya

Merkelin səhhəti Danimarkanın baş nazirini ayaq üstə qarşılamağa imkan vermədi

11 İyul 2019 19:19
0 Şərh     Baxış: 1 236
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyada səfərdə olan Danimarkanın baş nazirinin qarşılanma mərasimi keçirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Almaniya kansleri Merkelin səhhəti Danimarkanın baş naziri Mette Frederikseni ayaq üstə qarşılamağa imkan verməyib.

Belə ki, rəsmi qarşılanma mərasimi zamanı A. Merkel baş naziri oturaraq qarşılayıb. Danimarkanın baş naziri də Almaniya kanslerinin yanında əyləşib. 

Qeyd edək ki, dünən Berlində Finlandiya baş naziri Antti Rinnenin rəsmi qarşılanma mərasimində A. Merkelin səhhətində problem yaranıb.  

A. Merkel Ukrayna prezidenti Vladimir Zelenski ilə iyunun 18-də görüşü zamanı titrəməyə başlayıb. Bundan sonra, oxşar hadisə ikinci dəfə Almaniya prezidentinin iqamətgahında baş verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.