Dünya

Daha bir təsirli FOTO - Ata ilə 23 aylıq qızının cəsədi tapıldı

26 İyun 2019 10:34
5 Şərh     Baxış: 29 140
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rio-Qrande çayının sahilində ata və azyaşlı qızının cəsədi tapılıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, iki gün əvvəl Oskar Alberto Martinez və onun 23 aylıq qızı Valeriyanın cəsədi tapılan zaman suyun içərisində olub. Onlar çayı keçərkən boğulub, ölüblər.

Şəkildən də göründüyü kimi ata qızını belinə alıb çayı keçirərkən boğulublar. ABŞ-a qanuni yollarla keçə bilməyən ata qanunsuz yollarla sərhəddi keçməyə çalışarkən çayda boğularaq ölüblər.

Fotonu jurnalist Julia Le Duc çəkib və Meksikanın "La Jornada" qəzetində çap edilib. Məqalədə ABŞ-a qaçmaq istəyən miqrantların belə təhlükələrlə üzləşmə məsələsi qabardılıb.

Milli.Az sözügedən fotonu təqdim edir:

Bəxtiyar Umarlı
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.