Dünya

Zelenski: “Əlbəttə, mən yorulmuşam, amma...”

7 İyun 2019 15:14
0 Şərh     Baxış: 2 561
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Prezidenti Vladimir Zelenski istefasını nəzərdə tutan petisiya ilə bağlı danışıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, bildirib ki, istefa verməklə prezident seçkilərinin ikinci turunda səsverməyə qatılaraq onu dəstəkləyən seçicilərin 73%-nin iradəsinə məhəl qoymaya bilməz.

"Əlbəttə, mən yorulmuşam, amma ümumiyyətlə özümü çox yaxşı hiss edirəm. Gələcəkdə də yaxşı fiziki formada olmağı planlaşdırıram" deyən Zelenski Ukraynanın konstitusiyasına əsasən, dövlət başçısının səlahiyyətlərinə hansı hallarda (istefa, səhhətinə görə vəzifəsini yerinə yetirə bilməmək, impiçment, ölüm) xitam verilə biləcəyini də xatırladıb.

Xatırladaq ki, mayın 22-də dövlət başçısının rəsmi saytında V. Zelenskinin istefasını nəzərdə tutan petisiya yerləşdirilib və bu, rəsmi baxış üçün lazımi 25 mindən çox səs toplayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.