Dünya

Qədr gecəsində silahlı insident: polis rəisi öldürüldü

27 May 2019 10:23
1 Şərh     Baxış: 7 460
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın qərbində yerləşən Kirmanşah vilayətinin İslamabad Qərb rayonunun istintaq idarəsinin polis rəisi Kuruş Hacı Muradi silahlı insidentdə öldürülüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Kirmanşah vilayəti hüquq-mühafizə orqanının rəis müavini polkovnik Məhəmməd Rza Amuyi deyib.

M.Amuyinin sözlərinə görə, ötən gecə Qədr gecəsi mərasiminin iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədilə Hacı Muradinin rəhbərliyi ilə bir qrup polis reyd keçirirmiş: "Polis məmurları bir avtomobildən şübhələnirlər. Avtomobili saxlatdırmaq istəyərkən silahlı insident baş verir. Hadisədə Hacı Muradi ağır yaralanıb, xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb".

Polkovnik Amuyi başqa bir polisin də yaralandığını deyib.

Silahlılar hadisə yerindən qaçıblar. Onların tapılması üçün əməliyyatlar keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.