Dünya

Donald Tramp Yaponiyada...

25 May 2019 17:19
0 Şərh     Baxış: 660

Tramp Yaponiyaya təriflər yağdırır, ticarət müharibəsi isə qapının ağzında "Reuters" agentliyi bildirir ki, şənbə günü ABŞ prezidenti Donald Tramp və həyat yoldaşı Melaniya Yaponiyaya uçub. Yüksək səviyyəli qonaq Tokioda xüsusi dəbdəbə ilə qarşılanıb. Paytaxtın "Sky Tree" qülləsi Yaponiyada rəsmi dövlət səfərində olan Amerika prezidentinin şərəfinə qırmız, ağ və mavi işıqılarla bəzədilib. Hər iki dövlət bir daha bütün dünyaya nümayiş etdirir ki, ABŞ ilə Yaponiya arasındakı əlaqələr ən üst səviyyədədir.

Milli.Az musavat.com-a istinadən bildirir ki, agentlik onu da vurğulayır ki, ABŞ ilə Yaponiya arasında qarşılıqlı ticarətlə bağlı gərginlik getdikcə artır. Bu məqama ötəri toxunan Donald Tramp deyib ki, Yaponiya ABŞ-ın ona verdiyi ticarət imkanlarının üstünlüyündən uzun illər ərzində yararlanıb. Bu o qədər də pis deyil. Bəlkə elə sizə verdiyimiz üstünlüklərə görə bizi daha çox sevmisiz. Bu isə o deməkdir ki, ABŞ bundan sonra Yaponiyaya üstün ticarət imkanları tanımayacaq..

Cənab Tramp bazar günü Yaponiyanın baş naziri Sindzo Abe ilə golf oynayacaq, sumo turnirinə qatılacaq və axşam yeməyində bir araya gələcək.

Agentlik xatırladır ki, ABŞ-la Çin arasında da ticarət müharibəsi gedir. Ticarətlə bağlı ABŞ-la Avropa Birliyi və Yaponiya arasında da münasibətlər gərginləşməkdədir.

ABŞ prezidentinin Yaponiya rəsmiləri ilə Şimali Koreyanın nüvə və raket proqramları ilə bağlı da danışıqlar aparacağı ehtimalı var.

Amerika prezidenti bu ayın əvvəlində taxta çıxan yeni imperator Naruhito tərəfindən qəbul ediləcək ilk xarici lider olacaq. Bazar ertəsi imperator və ABŞ prezidenti axşam yeməyində bir araya gələcək.

Yaponiya və baş nazir Sindzo Abe haqqında xoş sözlər deyən cənab Tramp ABŞ-Yaponiya münasibətlərindən məmnun olduğunu vurğulayıb.

"Reuters" bildirir ki, ABŞ prezidentinin Yaponiyaya gəlməsinə bir-iki saat qalmış aşağı gücdə olan Tsunami Yaponiyanı vurub. Ancaq hazırda hər şey qaydasındadır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.