Dünya

Zelenski biznes ortağını prezidentin birinci köməkçisi təyin etdi

21 May 2019 22:08
1 Şərh     Baxış: 2 331
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna prezidenti Vladimir Zelenski biznes ortağı Sergey Şefiri özünün birinci köməkçisi təyin edib. Bu barədə fərman bu gün prezidentin rəsmi saytında dərc edilib.

"Sergey Naxmanoviç Şefir Ukrayna prezidentinin birinci köməkçisi təyin edilsin",- deyə prezidentin fərmanında bildirilir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Sergey Şefir  konsert təkilatçılığı ilə məşğul olan "Studii Kvartal 95" şirkətinin təsisçisi və Zelenski ailəsinin biznes ortağıdır. O biznes - konqlomerata daxil olan 10 şirkətə nəzarət edir. Şefir  müsahibələrindən biri zamanı qeyd edib ki, Zelenski prezident seçkiləri ərəfəsində öz biznes payını ona və qardaşı Borisə təhvil verib.

Qeyd edək ki, Zelenski oliqarx İqor Kolomoyskinin şəxsi vəkili olan Andrey Boqdanı Prezident Administrasiyasına rəhbər təyin edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.