Dünya

Yerevanda gərginlik artır

21 May 2019 14:45
0 Şərh     Baxış: 1 317
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın Daşnaksütyun Partiyası mayın 23-də mitinq planlaşdırır.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə partiyanın ali orqanının təmsilçisi İşxan Saqatelyan öz Facebook səhifəsində yazıb.

"Təcili! Daşnaksütyun Partiyası mayın 23-ü saat 17:00-da Azadlıq meydanında mitinq təşkil edir", - partiya rəsmisi yazıb.

O, həmçinin bildirib ki, Daşnaksütyun Partiyası yaxın vaxtlarda xüsusi bəyanatla çıxış edəcək.

Xatırladaq ki, mayın18-də Ermənistanın keçmiş prezidenti Robert Koçaryan barəsində həbs qətimkan tədbiri ləğv edilib. O, zaminə buraxılıb. Bundan sonra Yerevanda vəziyyət gərginləşib. Dünən isə baş nazir Nikol Paşinyanın çağırışı ilə Ermənistan üzrə bütün məhkəmələr bir neçə saat blokadada saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.