Dünya

İranla gərginlik: ABŞ Yaxın Şərqə ordu yığır

11 May 2019 09:24
2 Şərh     Baxış: 1 647
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranla gərginləşən münasibətlər fonunda ABŞ Yaxın Şərqə Patriot hava müdafiə sistemləri və döyüş gəmisi göndərir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu haqda Pentaqon məlumat yayıb.

Amfibiya tipli zirehli texnika və helikopterlər daşıyan "USS Arlington" gəmisi bundan əvvəl İran körfəzinə göndərilmiş "USS Abraham Lincoln" zərbəçi dəniz qrupuna qoşulacaq.

Pentaqon, eyni zamanda, bildirib ki, artıq "B-52" bombardmançıları ABŞ-ın Qətərdəki hava bazasına çatıb.

ABŞ Müdafiə Nazirliyi qeyd edir ki, bu addım regionda olan ABŞ hərbi kontingentinə İrandan qaynaqlanan təhdidlərlə əlaqədardır.

Bu arada, rəsmi Tehran təhdidlə bağlı bildirilənləri cəfəngiyyat adlandıraraq, ABŞ-ın ölkəyə xof gəlmə yolu ilə psixoloji müharibə apardığını bəyan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.