Dünya

Şimali Makedoniyada prezident seçkiləri başlayıb

5 May 2019 10:22
0 Şərh     Baxış: 989
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şimali Makedoniya Respublikasında prezident seçkilərinin ikinci turu başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, yerli vaxtla saat 07:00-da ölkə ərazisində 3480 seçki məntəqəsi işə başlayıb.

Bu gün Şimali Makedoniyada səsvermə hüququndan 1,8 milyon insan istifadə edə bilər. Onlar ikinci tura keçmiş Stevo Pendarovski və Qordana Silyanovska-Davkova arasında seçim edəcəklər.

Ölkə ərazisində səsvermə yerli vaxtla saat 19:00-da başa çatacaq. Səsvermənin rəsmi nəticələri növbəti gün açıqlanacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.