Dünya

Parisin Notr-Dam Kilsəsində yanğın söndürülüb - YENİLƏNİB - VİDEO - FOTO

16 Aprel 2019 08:53
17 Şərh     Baxış: 7 188

08:53

Fransanın paytaxtı Parisdə Notr-Dam kilsəsində baş verən yanğın söndürülüb.

Trend-in "Le Figaro" qəzetinə istinadən verdiyi məlumata görə, yanğın söndürülüb və hazırda isti hissələrin soyudulması prosesi gedir.

"Le Parisien" qəzeti öz növbəsində bildirir ki, yanğının yalnız bir hissəsi söndürülüb.

------------

05:49

Fransanın paytaxtı Parisdə Notr-Dam kilsəsində baş verən yanğın lokallaşdırılıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə "Parisien" qəzeti xəbər verir.

------------

23:25

Fransanın paytaxtı Parisdə Notr-Dam kilsəsi yanır.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, yanğın təxminən yerli vaxtla saat 18:50-də başlayıb.

Hadisə yerinə çox sayda yanğınsöndürənlər briqadaları cəlb edilib. Yanğın davam edir.

Yanğının söndürülməsində yüzlərlə yanğınsöndürən iştirak edir və hadisə yerinə yanğınsöndürən briqadaları gəlməkdə davam edir.

Kilsənin damı və üzərində olan saat uçub. Alov yayılmağa davam edir.

---------

22:11

Parisin Notr Dam Kilsəsi yanır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, yanğının səbəbləri açıqlanmasa da, binada restavrasiya işlərinin aparıldığı bildirilib. Alov kilsənin tavanından və pəncərələrindən qalxır. Yanğına ilk reaksiya verən şəxs isə ABŞ prezidenti Donald Tramp olub.

O, "Notr Damın yanmasına baxmaq dəhşətdir. Yanğınsöndürən helikopterlərdən istifadə olunmalıdır. Cəld tərpənmək lazımdır", - deyə bildirib. 

Qeyd edək ki, Paris Notr-Dam kilsəsi və ya Paris Məryəm ana kilsəsi (fr. Cathédrale Notre-Dame de Paris) - Paris şəhərinin mərkəzində yerləşən katolik kilsəsi Fransa paytaxtının başlıca simvoludur. Notr-Dam Paris arxiyeparxiyasının kafedral kilsəsidir. O, Parisin ilk xristian kilsəsi hesab edilən, Müqəddəs Stefan bazilikasının yerində, daha doğrusu Site adasının şərq hissəsində, dördüncü şəhər dairəsində II Jan-Paul meydanında yerləşir. Qotik üslublu kilsə 1163-1345-ci illərdə Paris yepiskopu Moris de Süllinin təşəbbüsü ilə ucaldılıb. Kilsə tam bir memarlıq üslubundan deyil, belə ki kilsədə həm erkən qotik memarlıq üslübu, həm də XIII əsr qotik memarlıq üslubu cəmlənib. Transeptin hər iki tərəfindəki qızılgül pəncərələri öz həcmlərinə görə Avropada ilk sıradadır və onların diaqramları 13 metrdir. Kilsənin inşası tamamlandığında kilsə qərbin ən böyük kilsələrindən biri olub. İnqilabi mübarizədən sonra 1844 - 1864-cü illərdə arxitekt Violle-le-Dükün rəhbərliyi altında kilsə restavrasiya olunmuş və kilsə memarlığına yeni motivlər əlavə edilib.

Kilsə yarandığı tarixdən etibarən Parisin ən simvolik memarlıq abidələrindən biri olub. Öz memarlığı ilə fərqlənən kilsə uzun müddət Paris memarlığında birinciliyi öz əlində saxlayır və kralların tac geyindiyi Reyms Notr-Dam kilsəsi, Amyen Notr-Dam kilsəsi və Bove Notr-Dam kilsələri ilə müqayisə edilir. Özündə həm dini həm də tarixi motivləri ehtiva edən kilsələr, Fransa tarixinin müəyyən epizodları ilə yaxından əlaqəlidirlər. Beləki, kilsələr 1239-cu ildə Müqəddəs Tacın orta əsrlər Kral kilsəsinə gətirilməsi, 1804-cü ildə Napoleonun tacqoyma mərasimi, Bordo hersoqunun vaftiz edilməsi, Adolf Tier və Sadi Karnonun dəfn mərasimləri kimi tarixi hadisələri özündə cəmləşdirir. 26 avqust 1944-cü ildə Parisin azad edilməsi günündə general Şarl de Qollun hüzurunda Maqnifikat sərgilənir. Dini mərasimlərə 1970-ci il 12 noyabrda Şarl de Qollun ölümü, 1974-cü il 6 apreldə Jorj Pompidunun ölümü və 1996-cı il 11 yanvarda Fransua Mitteranın ölümü kimi hadisələr daxildir.

Dahi fransız yazıçısı Viktor Hüqonun eyniadlı tarixi romanı sayəsində kafedral dünyanın ən tanınmış abidəsinə çevrilir.

Bu kilsəni (eyni zamanda kiçik bazilikanı) il ərzində 20 milyondan çox insan ziyarət edir. Bu ziyarətçi sayı kilsəni Parisin və bütün Avropanın ən çox ziyarət edilən məkanına çevirir. 2013-cü ildə kilsənin tikintisinin başlanmasının 850 illik yubileyi qeyd edilib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
В Париже горит собор Парижской Богоматери

Пожар внутри собора Парижской Богоматери сняли на камеры

Момент падения шпиля Собора Парижской Богоматери

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

17 Şərh:

  • Anonim
    .... · 15 Aprel 23:08108

    850 illik tarix yanır

    Cavab yaz
    • Anonim
      İnanna. · 15 Aprel 23:291111

      Allahın qəzzəbidi ey,elə belə baxmayın.Erməni soyqırımını zad eliyəndən sonra yanırlar:))).Tarixi yerləri sevirəm amma:((

      Cavab yaz
  • Anonim
    .... · 15 Aprel 23:08143

    Burani da görə bilmedim. Men gedince eyfeli de yerindən söküb apararlar.

    Cavab yaz
  • Anonim
    Samire · 15 Aprel 23:3790

    Allah bilir öz oyunlarıdı.Yene nese fikirleşibler deyesen.

    Cavab yaz
  • Anonim
    Daglı · 16 Aprel 00:0483

    Diqlas budur?)

    Cavab yaz
    • Anonim
      Papatya · 16 Aprel 10:0971

      Yox bu "Paris partladi" di)

      Cavab yaz
      • Anonim
        Daglı · 16 Aprel 18:5413

        Notr-Damı da diqlas elədilər)

        Cavab yaz
  • Anonim
    111 · 16 Aprel 08:3364

    Heyif o gozellikden, bir tarix yanir((

    Cavab yaz
  • Anonim
    Fizuli Şirvanlı · 16 Aprel 09:06202

    yəqin ki bu şounuda birin tapıb adın Müsəlman qoyub onun boynuna yükləyəcəklər.

    Cavab yaz
  • Anonim
    Ş R. · 16 Aprel 10:0581

    Vaxtı çatmış insanın vəfat etdiyi kimi möhtəşəm binalarında vaxtı çatanda yanırlar və ya dağılırlar.Deməli bu dünyada heç nə əbədi deyil,Yaradandan başqa.

    Cavab yaz
    • Anonim
      Sade insan · 16 Aprel 10:19164

      Bakımizin tarixi sökunləndə bu qədər heyfsilənəydik.Milyonlarla musəlman abidələri sökuləndə reklam olunaydi.Bir Qvazimoda yuvasi yanir deyə dunya deyib bir birinə.

      Cavab yaz
    • Anonim
      Raifı · 16 Aprel 10:21112

      Minlərlə musəlman məscidləri tarixi abidəlıri yandirilmişdi.Bir kilsə yananda dunya dagilmaz.

      Cavab yaz
  • Anonim
    Papatya · 16 Aprel 10:1873

    1 ay evvel Yeni Zelandiya mescid terroru olmuşdu. Tam da bele bir şerh yazmişdim- "1ay sonra Avropada, ne bilim Allahin Fransasinda bir yermi partlayar, nesemi olar, zerre pis olmaram" demişdim. Amma 800 illik tarixi bir tikilidi, idi. Yanmasaydi da olardi)

    Cavab yaz
    • Anonim
      Melek b · 16 Aprel 10:3910

      Papatya salam.

      Cavab yaz
      • Anonim
        mina · 16 Aprel 10:57103

        nə qədər ki əsl müsəlmanlara-möminlərə əziyyət veriləcəksə,bunun əvəzində Uca Allah onların abidələrini.kilsələrini.evlərini hələ üstəlik özlərini də yandıracaq!

        Cavab yaz
        • Anonim
          Papatya · 16 Aprel 11:3944

          Vallah men Fransa hokumetini gunahim qeder sevmirem. Sirf antimuselman ve ermenipərəst movqeyinden oteri. Amma Paris ozu cox gozel seherdir. Yəni bir olkeye getdiyinde onun tarixi abideleri diqqetini çeker insanin. Neinki muasir goydelenler. Romanin kolizeyi, Misirin piramidasi meselen. Yox piramidalar firon zamaninda tikilib deye uzumu yanami tuturam?-xeyr. Amma yene de Notr dam kilsesimi ya sefali dag kendi olan Durucadaki mescidmi deseniz? Duşunmeden Durucadaki mescid deyerem) vesselam. Fikrim çatdi insaAllah.

          Cavab yaz
      • Anonim
        Papatya · 16 Aprel 10:5929

        Salam, gozəlim.(****)

        Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.