Dünya

İntim münasibətdən sonra qovulmağına əsəbləşib, 6 evi yandırdı - FOTO

13 Aprel 2019 09:44
1 Şərh     Baxış: 2 360
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İntim münasibətdən sonra tərk edilən qadın sevgilisinin evini yandırıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-ın Nyu Cersi ştatında yaşayan Tasia Young sevgilisindən qisas almaq üçün onun evini yandırıb.

Cinsi əlaqədən sonra evdən qovulan 33 yaşlı Tasia intiqam almaq qərarına gəlib. O, yaxınlıqdakı yanacaqdoldurma məntəqəsindən dizel alaraq sevgilisinin evinə töküb, sonra da kibrit çəkib.

Hadisə nəticəsində bir-birinə yaxın məsafədə yerləşən 6 ev yanıb. Xoşbəxtlikdən xəsarət alan yoxdur.

Tasia qəsdən adam öldürməyə cəhd maddəsi ilə saxlanılıb.

Qeyd edək ki, Tasia 2017-ci ildən adı mətbuata açıqlanmayan sevgilisi ilə münasibətdədir. Onun bir övladı var.

Fuad
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.