Dünya

Macarıstan və Rusiyadan Ukrayna əleyhinə RAZILAŞMA

22 Mart 2019 16:49
0 Şərh     Baxış: 1 025
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskva və Kiyev Avropa İttifaqına təbii qazın tranziti haqqında razılaşma əldə edə bilməsə, Macarıstan Rusiya qazını digər marşrutlarla alacaq.

Milli.Az Publika.az-a istinadən xəbər verir ki, bu haqda "Qazprom"un rəhbəri Aleksey Millerlə danışıqlardan sonra Macarıstanın xarici işlər və energetka naziri Piter Şiyarto bildirib.

"Biz ölkənin enerji təchizatının təhlükəsizliyinin planlaşdırılması vaxtı ən pis ssenarini nəzərə almağa həmişə məcburuq", - o deyib.

Nazir əlavə edib ki, sonrakı perspektivdə macar hökuməti "Türk axını"na bel bağlayır.

Qeyd edək ki, Avropa ölkələrinə qazın tranziti üzrə Rusiya və Ukrayna arasında müqavilə ilin sonunda başa çatır. Yeni razılaşma hələ bağlanmayıb. Moskva Avropa İttifaqına qaz çatdırmaq üçün ""Şimal axın-2" və "Türk axını" qaz kəməri layihələrini istifadəyə verməyə hazırlaşır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.