Dünya

Məscidi gülləbaran edən manyak: o kimdir? - VİDEO - FOTO

16 Mart 2019 12:48
10 Şərh     Baxış: 5 419

Yeni ​Zelandiyanın Kraysçörç şəhərində "Məscid əl Nur" və "Linvud" məscidlərində məşum terror aktı törədən 3 şəxsdən biri olan Brenton Tarrantın məhkəməsi başlanıb.

Milli.Az The New Zealand Herald-a istinadən bildirir ki, bu teraktlarda 49 nəfər həlak olub, 43 nəfər yaralanıb.

Hücuma məruz qalmış məscidlər bir-birindən 5 kilometrlik məsafədədir.

Dünən o, məhkəmə qarşısına çıxarılıb.

Avstraliyanın Yeni Cənubi Uels əyalətindəki Dunedin şəhərinin sakini olan 28 yaşlı B.Tarrant "Məscid əl Nur" məscidinə hücumda və 49 nəfəri qətlə yetirməkdə suçlanır.

O, Avstraliyanın Qrafton şəhərində fitnes təlimatçısı işləyib.

O, hücumu videokameralarla çəkərək canlı yayım edib. Hücumdan əvvəl isə Tarrant sosial şəbəkələrdə "manifest"ini paylaşaraq özünü "ağdərililərin üstünlüyü ideyasını tərəfdarı" adlandırıb, Avropada müsəlmanlara qarşı teraktlar törətmək istəyini açıqlayıb.

Kraysçörç məhkəməsində ilk iclas cəmi bir dəqiqə davam edib.

Biləklərinə qandal vurulmuş Tarrant məhkəmədə nasist jestləri göstərib.

Bundan dərhal sonra onu vəkilinin çıxışına imkan verilmədən məhkəmə zalından çıxarıblar.

Prosesin növbəti iclası aprelin 5-də olacaq.

Hücum zamanı "Əl Nur" məscidində 200, "Linvud" məscidində isə 300 nəfər vardı.

"Əl Nur" məscidinin yanında saxladığı maşınında 2 pompalı tüfəng və 4 avtomat olan Tarrant məscidə girərək qarşısına çıxan hər kəsə atəş açıb,

O, hücumdan əvvəl sosial şəbəkələrdəki profillərində paylaşdığı 87 səhifəlik "manifest"ində mövqeyini və məramını açıqlayıb.

B.Tarrant Almaniyanın kansleri Angela Merkeli və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı məhv etməyə çağırıb.

Hücum zamanı başındakı dəbilqəyə GoPro kamerası bərkitmiş Tarrant YouTube, Facebook və İnstagram-dakı profillərində canlı yayımda olub.

Onun istifadə etdiyi güllə daraqlarının üzərində "Avropa sivilizasiyanının təşəkkül tapmasının ən önəmli məqamları" yazılmışdı.

Yazılar arasında 1770-ci ildə Rusiya-Türkiyə savaşı zamanı Kaqula yaxınlığında döyüşün, 1389-cu ildə Kosovo çölündəki döyüşdə türk sultanı Muradı qətlə yetirmiş serb Miloş Obiliçin adı çəkilir.

Bəzi yazılar isə gürcü dilində yazılıb. Belə ki, güllə daraqlarından birində gürcü çarları David Soslani və David Aqmaşenebelinin adlarını görmək olar.

Hazırda internetdə Tarrantın canlı yayımının 17 dəqiqəlik videosu yayılır.

Yeni Zelandiya polisi videonu internetdən silməyə başlayıb və bu videonu paylaşmamağı xahiş edib.

Breyvik təki, Tarrant da Bibliyadan və neonasizm ideyalarından sitat gətirib. Onun "manifest"ində yazdığına görə, məsciddə gülləbarana "sövq edən" əsas olay 2017-ci ildə Stokholmda törədilmiş teraktdır. 5 nəfərin həlak olduğu teraktın qurbanları arasında Tarrant 11 yaşlı Ebba Akkrlyundun adını xüsusi vurğulayaraq "onun qisasını alacağam" yazıb.

Mari Le Penin Fransadakı seçkilərdə məğlubiyyətindən pərişan olduğunu vurğulayan B.Tarrant özünü Nelson Mandela ilə müqayisə edib: "Onun təki, məni də 27 il sonra bəraətlə həbsxanadan azad edəcəklər".

"Avropalıların ölümlərinə görə qisas almaq, habelə əməlimlə diskussiyalara səbəb olmaq, xaos və təşviş yaratmaq istəyirəm. Odlu silah qismində ABŞ istehsalı olan yarımavtomatları seçməyimin səbəbi Birləşmiş Ştatlarda odlu silahların azad satışının tərəfdarları ilə əleyhdarları arasında mübahisələrin daha da aktivləşməsini istəməyimdir". 

Məscidə hücuma iki ilə əvvəl hazırlaşmağa başladığını bildirən Tarrant şəhəri 3 ay əvvəl seçdiyini yazıb.

Tarrantla yanaşı, teraktları törətməkdə şübhəli bilinən daha 3 nəfər tutulub. Polis məscidlərin yaxınlığında saxlanmış iki avtomobildə partladıcı qurğular aşkarlayıb.

Avropa və Asiya ölkələrində səyahətdə olmuş Brenton Tarrant Şimali Koreyaya da baş çəkmişdi.

Məktəbdə oxuduğu illərdə atası xərçəng xəstəliyindən vəfat etmiş Tarrantın anası və bacısı olayı şərh etməyiblər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Məscidi gülləbaran edən manyak:o kimdir?

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

10 Şərh:

  • Anonim
    Mubariz · 16 Mart 13:04140

    Ruhi xəstə kimi müalicə olunacaq. Komfortlu həbsxana. Gəl bu müsəlman olaydı. Çoxdan məhv edilmişdi.

    Cavab yaz
  • Anonim
    elvo · 16 Mart 13:0750

    Onun yeri cəhənnəmdir.müsəlmanlara qarşı çıxanlar onlar şeytanların qardaşıdı

    Cavab yaz
    • Anonim
      r · 17 Mart 02:1510

      muselman yox umumiyyetle mescid kilse sinaqiq ferq etmez dini ibadetgaha girib insanlari olduren biri cehennemlikdi

      Cavab yaz
  • Anonim
    Tam Maxfi · 16 Mart 13:09110

    Belide Brevikden ders goturub.Brevik o qeder adam qirdi.Indi turmede internetide var.Hele yemekler pis olanda sikayetde edir.Buda ele olacaq.Indiden plan qurub.Bunlar Ideya qurbanlaridilar.Bu xesteliyin bir caresi var.Basindan 1 gulle.Cehennneme vasil olsun.Cox maraqlidi.Turkiyeden basqa butun muselman dovletleri susur.Niye.? Niye teziq gosterilmir ?.

    Cavab yaz
    • Anonim
      F.S.D. · 16 Mart 13:2820

      Sizinlə raziyam. Ona görəki özlərini müdafiə etməyi mübarizə apamağı bacarmırlar, bir bir birinə kömək edə bilmirər. Ona görə də susurlar, bir az bərkə gedib üstlərinə getsən düz edib deyəcəklər((

      Cavab yaz
    • Anonim
      Papatya · 16 Mart 13:4650

      Bu xristianlarin uzun illerdir seçdiyi bir yoldur. Evvelce benzini tokub, odu yandirarlar. Sonra pojarnikçilik oynayarlar. saxta ah cox uzulduk, baş sagligi mesajlari. Az qala her bir xebere şerh yaziram..(( tesirinden çixa bilmirem, bunun da sebebini bilmirem, fikrimden uzaqlaşmir. Bu adam siradan adama da benzemir, cox keyfiyyetli silahlari var, deqiq hedefler alir. Bir esger kimi.

      Cavab yaz
    • Anonim
      mamuska · 16 Mart 16:3830

      Brevik oldurduyu muselmanlar deyildi sehv etmiremse.72 neferi cimerlikde gulle-baran etmisdi.ona manyak adi vermek olar,amma burda sirf muselman qetliyami ve evvelceden planlasdirilmis,qerezli,meqsedyonlu terror akti toredilib. bu artiq xristiyanlarin muselmanlara qarsi selib yurusudur.

      Cavab yaz
  • Anonim
    100 · 16 Mart 13:4730

    bu it oğlu iti belə qoymaq olmaz bunu məhv etmək lazımdır

    Cavab yaz
  • Anonim
    Dilarə · 16 Mart 15:1340

    Məscidlərin mühafizəsi gücləndirilməlidir.belə faşistdən betərlər çox ola bilēr.cēnab Ērdogan sən məscidlərə yiyə dur.

    Cavab yaz
  • Anonim
    NAMİQ · 17 Mart 19:0000

    keyf elə əclaf ölümdən qorxan xristianlar bilirsənki hüquqlar sən tərəfdədi.Psix adı ilə azadlığa çıxıb fenomen olacaqsan.TERRORU lənətləyirəm amma müsəlman terror edərkən kişiyana özünü qurban edir sizlərsə brevik və sən alçaq sağ qalıb sonradan özünüzü qəhrəman hesab edirsiz

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.