Dünya

Britaniya: Deputatlar Brexit-in gecikdirilməsi yollarını axtarır

14 Mart 2019 23:13
0 Şərh     Baxış: 566
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniya deputatları Baş nazir Theresa May-ın Avropa İttifaqından Brexit-i gecikdirməyin mümkünlüyünü soruşmasının lehinə səs veriblər.

Bu o deməkdir ki, Britaniya planlaşdırıldığı kimi martın 29-da Aİ-dən çıxmaya bilər.

Baş nazir deyir ki, Brexit 3 ay, iyunun 30-dək gecikdirilə bilər.

Bunun üçünsə gələn həftə deputatlar onun hazırladığı anlaşmanın lehinə səs verməlidir.

Əks halda isə o, uzunmüddətli çıxış yolları axtaracaq - bütün hallarda hər şey 27 Aİ ölkələri ilə razılaşdırılmalıdır.

İkinci referendum təklifi

Bundan əvvəl parlamentarilər ikinci bir referendum keçirməyə çağıran düzəlişi rədd ediblər.

Müstəqil Qrupdan deputat Dr Sarah Wollaston-ın düzəlişində başqa bir referendum keçirilməsi üçün 50-ci Maddənin uzadılmaı nəzərdə tutulurdu.

Deputat bu təklifi 249 səslə rədd edib. 334 nəfər əleyhinə, 85 isə lehinə səs verib.

Bu səhər Brexit-in kölgə naziri Ser Keir Starmer deyib ki, Leyboristlər düzəlişi dəstəkləməyəcək.

"Xalqın Səsi" rəsmi kampaniya da "düz vaxt seçilmədiyi üçün" deputatların düzəlişə qarşı çıxmasına tərəfdar olub.

Onlar həmçinin deputatların Brexit prosesində nəzarəti ələ keçirməsinin də əleyhinə 2 fərqlə səs veriblər.

Teresa May Tereza MeyBaş nazir Teresa May AB-dən müqaviləsiz çıxmağa qarşı səs verəcəyini vəd edib. Ancaq deputatlar onun gözlədiyindən daha sərt qadağa müəyyənləşdiriblər.

Çərşənbə günü deputatlar Theresa May hökumətinə daha bir zərbə vurublar: hökumət Avropa İttifaqından sadəcə 29 mart tarixi üçün müqaviləsiz çıxmağa qadağa qoyulmasını istəmişdi, İcmalar Palatası isə buna heç vaxt imkan verməyəcək düzəlişə səs verib.

Bu vacib düzəliş cəmi 4 səs fərqiylə qəbul edilib: 308-ə qarşı 312. Hökumət üçün əmredici xarakter daşımasa da, parlamentin iradəsini nümayiş etdirən indikator kimi məsələ siyasi baxımdan çox vacibdir.

"Hər hansı başqa razılaşma əldə edilməsə, hüquqi baxımdan müqaviləsiz çıxmaq imkanımız qalır", səsvermədən sonra Theresa May belə deyib.

O qeyd edib ki, indi parlament qarşısında iki seçim var: birincisi, artıq iki dəfə rədd edilmiş Brexit razılaşması variantını bəyənib məsələni ikinci dəfə referendum keçirmək məcburiyyətinə qədər çatdırmaq (May hesab edir ki, bu, xalqın demokratik institutlara inamını sarsıda bilər), ikincisi, Aİ və Britaniya arasında yeni şərtlərlə müqavilənin bağlanmasına nail olmaq.

Qərarın bu şəkildə redaktəsinə deputatlar 321-278 nisbətiylə razılıq veriblər.

Hökumətin təqdim etdiyi qərar layihəsinə görə, parlament 29 mart tarixində Aİ-dən müqaviləsiz ayrılmağa razılıq verməməli, eyni zamanda "konstatasiya etməlidir ki, İcmalar Palatası və Aİ istənilən razılaşmanı rədd edəcəkləri halda qurumdan müqaviləsiz çıxma imkanı qalır".

Səsvermənin nəticələri gözlənilən olub: İcmalara Palatasının, o cümlədən, hökumətin əksər üzvləri hesab edirlər ki, Aİ-dən "dağıdıcı" ayrılma ölkə iqtisadiyyatı üçün çox böyük risklər yaradır.

Brexitin "kölgə" naziri, leyborist Matthew Pennycook parlament debatlarının sonunda bildirib ki, Aİ-dən ayrılmanın zərərlərini görməmək mümkün deyil. "Bu, milli fəlakətə bərabər hadisə olacaq".

Ancaq ayrılmanın qəti tərəfdarları bunun əksini iddia edirlər. Onlar bildirirlər ki, heç bir fəlakət olmayacaq, qısa müddətli çətinliklər yaşanacaq, sonra isə ümumavropa normativ taariflərindən xilas olmuş Britaniya iqtisadiyyatı inkişaf etməyə başlayacaq.

Növbəti addım - təxirə salma xahişi

Dünən parlament Theresa May hökuməti və Aİ tərəfindən hazırlanmış Brexit razılaşmasını ikinci dəfə rədd etdi.

Bu gün isə Palatada təxirə salınma məsələsi - ayrılma tarixinin dəyişdirilməsi üçün Aİ-yə müraciətlə bağlı hökumətə tapşırıq verilməsi səsə qoyulacaq.

Avropa İttifaqı bu xahişə tez bir zamanda cavab verə bilər - 21-22 mart tarixlərində qurumun sammiti keçiriləcək.

Aİ-nin bir çox yüksək çinli siyasətçiləri Britaniyaya belə bir fürsətin tanınmasına tərəfdar olduqlarını bildiriblər, amma onlar bunun səbəbini bilmək, yəni rəsmi Londonun sonrakı danışıqlara hansı yeni təkliflərlə gələcəyini öyrənmək istəyirlər.

İndiyə qədər Theresa May ölkənin mövqeyini bu şəkildə formulə edib - Aİ-dən immiqrasiyanı məhdudlaşdırmaq imkanına malik olmaq üçün Britaniyanın vahid Aİ bazarından, o cümlədən, Gömrük İttifaqından və Avropa Məhkəməsinin yuridiksiyasından çıxmaq.

Bəzi deputatlar təklif edirlər ki, Brexit təxirə salınandan sonra yeni mövqe formalaşdırmaq üçün Aİ ilə gələcək münasibətlərin bir neçə variantı növbəli şəkildə İcmalar Palatasında səsverməyə çıxarılsın.

Mühafizəkarlar Partiyasındakı mənbələr təxirəsalma müraciətdən sonra May hökumətinin artıq iki dəfə rədd edilmiş razılaşma müqaviləsini yenidən müzakirəyə çıxaracağını istisna etmirlər.

Mümkündür ki, İcmalar Palatasında layihəyə səs verəcək deputatların sayı, nəhayət ki, lazımi həddə çatsın və layihə keçsin.

Bu halda vəziyyət nisbətən asan olacaq: Britaniya Aİ-ni formal olaraq tərk edəcək, ardınca 2020-ci ilədək müəyyən edilmiş keçid dövrü başlayacaq və hər şey olduğu kimi qalcaq.

Bu müddət ərzində Britaniya Aİ-nin hakimiyyət strukturlarında təmsilikçilikdən və səs hüququndan məhrum olacaq, qurumun üzvü kimi bütün digər hüquq və öhdəliklərini isə qoruyub saxlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.