Dünya

Azərbaycanlı Zəhraya təcavüz edən millət vəkili Hacı Salmana "cəza" verildi - FOTO

14 Mart 2019 11:24
4 Şərh     Baxış: 11 548

Zəhra Nəvidpura təcavüz edən millət vəkili, İran parlamentinin Parlamentində İctimai məsələlər üzrə komissiayanın sədri və İran xarici işlər nazirinin müavini Salman Xudadadi ilə bağlı Tehran Cəza Məhkəməsinin qərarı açıqlanıb.

Milli.Az bildirir ki, məhkəmənin qərarına görə, S.Xudadadi tutduğu vəzifələrdən 2 il müddətinə uzaqlaşdırılır. Bundan savayı, o, Tehranı dərhal tərk edərək 2 il sürgün həyatı yaşamalı. S.Xudadadiyə 90 şallaq zərbəsi də vurulacaq.

28 yaşlı Zəhra Nəvidpur Binab və Məlikan şəhərlərinin millət vəkili S.Xudadadi tərəfindən təcavüzə məruz qaldıqdan sonra müəmmalı şəkildə qətlə yetirilmişdi.

Xatırladaq ki, Şərqi Azərbaycan vilayətinin Məlikan şəhərində daha əvvəl şəhərin millət vəkilinin təcavüzünə uğradığını irəli sürən 28 yaşlı Zəhra Nəvidpurun gözlənilməz ölümü bölgə əhalisi və ictimai fəalları təşvişə salmışdı.

Yarırəsmi Mehr agentliyi Zəhra Nəvidpurun yanvarın 6-da Məlikan (Məlikkəndi) şəhərində intihar etdiyinə dair məlumat yaymışdı.

"Bu xanım keçən aylarda bir millət vəkilinə qarşı bəzi iddialar irəli sürmüşdü", - agentlik üstüörtülü şəkildə təcavüz mövzsuna işarə etmişdi.

İran Azərbaycanı və ölkənin digər bölgələrində müxtəlif qruplar, o cümlədən türk fəallar gənc qadının millət vəkilinin göstərişi ilə qətlə yetirilmə ehtimalından söz edir.

HRA agentliyinin bildirdiyinə görə, keçmişdə təcavüzə uğradıqlarını önə çəkərək 57 yaşındakı millət vəkilindən şikayət edən digər qadınlar da olub.

Zəhra Nəvidpur İran parlamentinin mənsubu, millət vəkili Salman Xudadadinin ofisində onun tərəfindən təcavüzə uğradığını bildirmişdi.

Gənc qadın deyirdi: "2015-ci ilin qışında iş axtarmaq məqsədilə Məlikan qubernatorluğuna müraciət etdim. Sonra özü mənimlə təmas qurdu cənab Xudadadi. Mənə dedi ki, gəl Tehrana, ali audit katibliyində sənə iş verəcəyəm..."

Nəvidpur Tehrana getdikdən sonra millət vəkilinin ofisində necə təcavüzə uğradığını açıqlamışdı.

Bir neçə dönəmdir İran Parlamentində Məlikan şəhərinin millət vəkili olan Salman Xudadadi keçmişdə İnqilab Keşikçiləri Korpusunun ("Sepah") komandirlərindən biri olub. O, tərəfdarları arasında "Hacı Salman" adı ilə tanınır.

Zəhra Nəvidpur, həmçinin İslam Respublikasının əlaqədar qurumlarına müraciət edərək təcavüzə uğradığına dair şikayət bildirmişdi.

İranda insan haqları pozuntularına dair məlumat yayan HRA agentliyinin bildirdiyinə görə, keçmişdə təcavüzə uğradıqlarını önə çəkərək 57 yaşındakı millət vəkilindən şikayət edən digər qadınlar da olub.

HRA-nın məlumatına istinadən, "Sepah"ın sabiq komandiri keçmiş illərdə təcavüz ittihamı ilə nəzarət altına alınıb.

Təbrizin sabiq millət vəkili, tanınmış siyasətçi Əkbər Ələmi Telegram kanalında gənc qadının ölmünün şübhəli olduğunu önə çəkib. Ələmi, həmçinin "haqq və hüququnu axtaran" Zəhra Nəvidpura yardım etdiyini bildirib.

"Təəssüf edirəm ki, bu xanımın fəryadını eşitmədilər. Bu müddətdə daşdan səs çıxdı, amma məsullardan və parlament nümayəndələrindən səs çıxmadı... Bu xanımın intihar etdiyini elan etsələr də, onun məktublarını və sosial şəbəkələrdə yayımladığı audio və videolardakı ifadələrini diqqətə almalıdırlar. 28 yaşında bir qadının intihar etməsinə səbəb olan amilləri topluma açıqlamalıdırlar", - Ələmi qeyd edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Mars · 14 Mart 16:0004

    Bu bədbəxt Zəhra da bizdəki qadınlar kimi şüursuzdur. Bizdəkilər də Türkiyəyə, Dubaya iş dalınca gedirlər. Türkiyənin xalqı isə işsizlikdən başqa ölkələrə gedirlər.

    Cavab yaz
    • Anonim
      FD · 14 Mart 21:4230

      O WREFSIZ TECAVUZ EDEN KIWICIKDE BIZDEKI KIWILER KIMI WUURSUZDU/BELE KIWILER EDA OLUNMALIDI

      Cavab yaz
  • Anonim
    Nə yazasan ? · 15 Mart 11:0810

    Nə böyük cəza kəsiblər bu alçağa ! O qadın erməni və qeyri azərbatcanlı olsaydı mütləq ki,dar ağacından asardılar.

    Cavab yaz
  • Anonim
    Babek · 15 Mart 18:5100

    Bu da Haci.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.