Dünya

Nəsrinə 38 il iş və 148 şallaq cəzası verildi - FOTO

12 Mart 2019 15:59
3 Şərh     Baxış: 4 210
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran məhkəməsi  insan haqları üzrə məşhur vəkil Nəsrin Sotudeni 38 il müddətinə azadlıqdan məhrum edib, eləcə də 148 şallaq cəzası təyin edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə 55 yaşlı Sotudenin həyat yoldaşı Reza Xandan məlumat verib.

N.Sotude İranın milli təhlükəsizliyinə qarşı fəaliyyətdə və ali dini lideri Əli Xameneyini təhqir etməkdə ittiham olunur.

Xatırladaq ki, Sotude İran müxalifətinin və hicabdan imtina edən qadınların hüquqlarını müdafiə etməklə məşhurlaşıb. O, ötən ilin iyununda İranın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.