Dünya

1300 manatını ala bilməyən işçi yeni tikilən oteli ekskavatoru ilə dağıtdı - VİDEO

22 Yanvar 2019 14:02
1 Şərh     Baxış: 5 411
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şirkətdən pulunu tam ala bilməyən işçi yeni tikilən oteli mini ekskavatoru ilə məhv edib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, 600 fund-sterlinq (772 dollar) maaşını ala bilməyən kişi otelin tikilişi tam hazır olan gün ekskavatoru ilə məkana daxil olaraq şüşələri qırıb, divarları dağıdıb, oteli yararsız hala salıb.

Hadisə İngiltərənin Liverpul şəhərindəki Travelodge hotelində baş verib. Həmin anları digər işçilər maraqla izləyib, mobil telefonla kameraya çəkiblər.

Oteli dağıdan işçi bildirib ki, ona verilən zərfdə pul 772 dollar (1314 Azn) əksik olub.

Yarım saat boyunca oteli yararsız hala salan işçi saxlanılıb.

Məsələ ilə bağlı araşdırma aparılır.

Emin
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Рабочий разнес отель после того, как ему не доплатили $773

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.