Dünya

Övladı olmayan kişi evlilik ildönümü ərəfəsində özünü asdı - FOTO

14 Yanvar 2019 15:56
3 Şərh     Baxış: 3 109
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

28 yaşlı kişi evlilik ildönümünə bir neçə gün qalmış inthar edib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, övladı olmayan 28 yaşlı Jack Gilbert özünü asıb.

Hadisə İngiltərənin Mançester şəhərinin Çidl kəndində baş verib. Kişinin cəsədini onun anası tapıb.

Qadın məhkəmədə bildirib ki, hadisənin baş verdiyi gün oğlu gəlini ilə dalaşıb.

"Manchester Evening News" yazır ki, onun intiharına səbəb ailəsi ilə bağlı yaşadığı problemlər, xüsusən də övladının olmamasıdir.

Gilbertin xanımı bir neçə ay əvvəl hamilə qalsa da, o, uşağını düşürüb. O, intihardan əvvəl süni mayalanma üçün həkimlərə müraciət edib. Onun müalicəsi evlilik ildönümündən sonra başlayacaqdı.

Fuad
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.