Dünya

“Putin NATO üçün ən böyük hədiyyədir”

9 Yanvar 2019 19:20
0 Şərh     Baxış: 1 109
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş direktoru Devid Petreus Rusiya prezidenti Vladimir Putini NATO üçün "ən böyük hədiyyə" adlandırıb.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, o bu barədə Hindistandan keçirilən Raisina Dialogue konfransında deyib.

"Putinin hakimiyyətə gəlişi "Soyuq Müharibə" dövründən sonra NATO üçün ən böyük hədiyyədir. Putin hərbi alyansın gələcək mövcudluğu üçün stimul verdi. Rusiyanın siyasəti nəticəsində dünyadakı bir çox ölkələr ABŞ-ın ətrafında daha sıx birləşdi".

Petreus Tramp administrasiyasının da NATO-nun hərbi potensialını artırdığını və Avropaya texnika və canlı qüvvələr göndərdiyini vurğulayıb. Keçmiş generalın fikrincə, Vaşinqton NATO-nun mövcudluğu üçün digər bütün müttəfiqlərdən daha çox iş görür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.