Dünya

Paris od içində - Futbol çempionatı 6 ay müddətinə təxirə salındı - VİDEO

8 Dekabr 2018 18:32
0 Şərh     Baxış: 1 361

Nazir: "10 min nəfər Fransa xalqı demək deyil".

BBC xəbər verir ki, bu gün Parisdə "sarı gödəkçəli"lərin etiraz mitinqi zamanı polis gözyaşardıcı qazdan istifadə edib. Təxminən 5 min nəfər hökumətin yeritdiyi siyasətə etiraz etmək üçün paytaxtın mərkəzinə toplaşıb. Zorakılıqla müşayiət olunan mitinq zamaı etirazçılardan 480 nəfər saxlanılıb, onlardan ən azı 211 nəfər həbs olunub. Fransanın baş naziri Eduard Filippi bildirib ki, bu dəfə həbs olunanların sayı ötən dəfələrdən daha çoxdur.

Nümayişçilərin qarşısını almaq üçün Parisə 8 min zabit və əsgər yeridilib. Həmçinin 12 hərbi texnika nümayişçilərə qarşı keşikdə dayanıb.

Müşahidəçilər qeyd edir ki, bu miqyasda etirazçılar Fransa paytaxtında son 20-30 ildə olmayıb. Küçə döyüşləri ilə müşahidə olanan etirazlarda zoraklığın qabarıq şəkildə ortaya çıxması çoxlarını narahat edir. Ona görə də Parisdə demək olar ki, bütün qapı-pəncərələr bağlıdır. İnsanlar küçəyə çıxmağa qorxur...

Ötən bazar günü ilə müqayisədə bu gün keçirilən etrazlar daha yumşaq formada cərəyan edir. Qeyd olunur ki, "sarı gödəkçəli"lər Parisin mərkəzi küçələrinin və yollarının qapadılmasına nail olub, yalnız ciddi polis müdaxiləsindən sonra avtomobillərin hərəkəti bərpa edilib.

Ötən həftə Fransanın başqa ərazilərinə 65 min nəfər polis yeridilmişdi. Bu gün isə hökumət 89 min nəfərlə etirazçıların üzərinə yeriyib. Fransanın daxili işlər naziri Christophe Castaner deyib ki, bütövlükdə Fransada 10 min nəfərin mitinq etdiyini söyləmək olar: "10 min nəfər isə xalq demək deyil, Fransa demək deyil".

Parisin Şarl de Qoll meydanında yerləşən Zəfər Tağı möhtəşəm memarlıq abidəsidir. Ötən həftə etirazçılar vandal hərəkətlərlə bu abidəni tanınmaz hala salmışdı. Polis Zəfər Tağının qorunmasına xüsusi diqqət ayırıb. Şəhərdə avtomobillərin aşırdılmasına, onlara od vurulmasına imkan verməməyə çalışırlar. Daxili işlər naziri deyib ki, belə çəhdlərdə bulunanlara qarşı heç bir tolerantlıq göstərilməyəcək...

O da qeyd olunur ki, etirazçıların qurduğu barrikadanı aradan qaldırmaq üçün xüsusi texnika axırıncı dəfə Parisdə 2005-ci ildə istifadə olunmuşdu. Bu gün həmin texnika yenidən paytaxtda görünüb.

Bəzi etirazçılar sosial media üzərindən xalqı Yelisey Sarayına hücum etməyə səsləyib. Xalqı polisə hücum etməyə yönələn çağrışlar da olub.

Fransa parlamentinin deputatı "Benoît Potterie" isə ciddi şəkildə hədələnib. Onun post qutusundan bir ədəd güllə və məktub çıxıb. Məktubda belə yazılıb: "Gələn dəfə bu güllə sizin gözlərinizin arasında olacaq".

Fransanın futbol çempionatı isə 6 ay müddətinə təxirə salınıb. Musavat.com

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.