Dünya

Yeni doğulan körpəsini DİRİ-DİRİ...

20 Oktyabr 2018 23:51
3 Şərh     Baxış: 3 188
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Kocaeli bölgəsində yol kənarında oynayan uşaqlar torpağın altından yeni doğulmuş körpə cəsədi tapıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, faktla bağlı araşdırma aparan yerli polis əməkdaşları körpənin anasını şübhəli qismində saxlayıb. Dindirmə zamanı ana 1 ay əvvəl dünyaya gətirdiyi körpəsini torpağa basdırdığını etiraf edib.

Cinayət hadisəsinin üstü təsadüfən açılıb. Yol kənarında oynayan uşaqlar torpağı qazarkən paketə bükülmüş körpənin cansız bədəni ilə qarşılaşıblar. Bu barədə ailələrinə xəbər veriblər. Polis çağırılıb. Cəsədin təxminən 1 ay əvvəl basdırıldığını təsdiqləyən polis bezin üstündə yazılan xəstəxananın adı sayəsində araşdırmaya başlayıb və uşağın suriyalı anasını tapıb.

Araşdırma davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.