Dünya

Pompeo: “Qaşıqçının itkin düşməsində əli olan yüksək səviyyəli məmurlar məsuliyyətə cəlb ediləcəklər”

17 Oktyabr 2018 13:47
0 Şərh     Baxış: 1 278
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Jurnalistin itkin düşməsinin araşdırılması şəffaf olacaq, iştirakçılar, o cümlədən yüksək səviyyəli məmurlar da məsuliyyətə cəlb ediləcəklər.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu oktyabrın 17-də Ankarada Türkiyə rəhbərliyi ilə danışıqlar aparan ABŞ-ın dövlət katibi Maykl Pompeo bildirib.  

O əlavə edib ki, rəsmi əl-Riyad Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda itkin düşən jurnalist Camal Qaşıqçı ilə bağlı məsələnin sonadək araşdırılmasında maraqlıdır: "Səudiyyə Ərəbistanı hadisədə əli olan hər kəsi həbs etməyi planlaşdırır".

Qeyd edək ki, Maykl Pompeo Camal Qaşıqçının itkin düşməsi ilə bağlı məsələni oktyabrın 16-da Ər-Riyadda Səudiyyə Ərəbistanının kralı Salman və vəliəhd şazadə Məhəmməd ibn-Salmanla müzakirə edib. Oktyabrın 17-də isə o, Türkiyədə səfərdə olub, Prezident Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çabuşoğlu ilə itkin düşən jurnalistlə bağlı məsələni müzakirə edib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.