Dünya

Meksikada 15 min hektar əkin sahəsi su altında qalıb

25 Sentyabr 2018 08:30
0 Şərh     Baxış: 430
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Meksikanın şimalında yerləşən Sinaloa ştatında 70 faiz sahə regiona yağan güclü yağışlar nəticəsində su altında qalıb. Ştatın kənd təsərrüfatına ciddi ziyan dəyib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə bölgə rəhbərliyinə istinadən "Televisa" telekanalı məlumat yayıb.

"Ziyan 15 min hektara [əkinə] toxunub", - deyə kanal regionun kənd təsərrüfatı və heyvandarlıq naziri Xavyer Valdes Palasuelosun sözlərini sitat gətirib.

Hökumətin təqribi hesablamalarına əsasən, 15 min baş mal-qara və 0,5 milyon baş ev quşu tələf olub. Palasuelos qeyd edib ki, bu, yekun məlumat deyil və dəymiş ziyanın qiymətləndirilməsi davam etdiriləcək.

Sinaloada daşqınlar nəticəsində azı 6 nəfər ölüb, min nəfər təxliyyə olunub. Ştatın 11 bələdiyyəsində fövqəladə vəziyyət elan olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.