Dünya

Pentaqon: ABŞ Suriyaya raket zərbələri endirmir

17 Aprel 2018 08:58
0 Şərh     Baxış: 914
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birləşmiş Ştatlar hazırda Suriyanın Homs vilayətində heç bir hərbi əməliyyat keçirmir.

Milli.Az "Report"a istinadən bildirir ki, bunu ABŞ-ın Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Erik Paxon bildirib.

"Hazirda Amerikanın bu ərazidə heç bir hərbi aktivliyi mövcud deyil", - deyə o bildirib.

Daha əvvəl SANA agentliyi Suriyanın hərbi aerodromuna raket zərbələri endirildiyini bildirib. Ölkənin Hava Hücumundan Müdafiə Qüvvələri Şayrat hərbi aerodromuna raket zərbələrini dəf ediblər. Suriyalı zenitçilər bir neçə hədəfi məhv edə biliblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.