Dünya

NATO iki yeni komandanlıq və kiber-əməliyyat mərkəzi yaradacaq

14 Fevral 2018 22:00
0 Şərh     Baxış: 653
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

NATO-ya üzv ölkələrin müdafiə nazirləri Atlantika üzrə komandanlıq, Avropada loqistika üzrə komandanlıq və kiber-əməliyyat mərkəzinin yaradılmasına dair razılığa gəliblər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.

"Biz Şimali Amerika ilə Avropa arasında dəniz xətləri kommunikasiyalarının qorunması üçün Atlantika üzrə birləşmiş komandanlıq yaradacağıq. Eyni zamanda, çevikliyin təmin edilməsi üçün NATO nəzdində yeni köməkçi loqistika komandanlığı yaradılacaq", deyə baş katib bildirib.

Brüsseldə mətbuat konfransında çıxış edən Y.Stoltenberq həmçinin NATO-nun Avropa Ali Müttəfiq Qüvvələr Komandanlığı Qərargahında (SHAPE) yeni kiber-əməliyyat mərkəzinin yaradılacağını bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.