Dünya

İŞİD daha bir terror aktına görə məsuliyyəti üzərinə götürüb

3 Noyabr 2017 08:33
0 Şərh     Baxış: 1 066
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İŞİD terror qruplaşması Nyu-Yorkda baş verən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. Bu barədə Trend "Reuters" agentliyinə istinadən məlumat verir.

Qeyd edək ki, terror aktı nəticəsində 8 nəfər həyatını itirib. Şəhərin Manhetten rayonunda velosiped yoluna çıxan yük avtomobili velosipedçiləri vuraraq məktəbliləri aparan avtobusa çırpılıb. Sürücü polis tərəfindən zərərsizləşdirilib və xəstəxanaya yerləşdirilib.

Avtomobili idarə edən Özbəkistan vətəndaşı Sayfullo Saipov olub. O, terror aktı törətməkdə və terrorizmə dəstək verməkdə təqsirli bilinir, ona ölüm hökmü verilə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.