Dünya

Merkel yenidən Bundestaqda - Seçkilər başa çatdı

25 Sentyabr 2017 08:54
1 Şərh     Baxış: 1 408
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın kansleri və parlament seçkilərində iştirak edən Xristian Demokrat İttifaqının lideri Angela Merkel yenidən Bundestaqa seçilib. Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Almaniya MSK-nın məlumatında bildirilib.

Qeyd edək ki, A.Merkelin başçılıq etdiyi alyans seçkilərdə qalib gəlib. Belə ki, son məlumata görə, bülletenlərin son hesablanmasından sonra hakim Xristian Demokrat İttifaqı 26,5% səs toplayıb. İkinci yerdə Sosial-Demokrat - 20,8%, üçüncü yerdə isə "Almaniya üçün Alternativ Partiya" qərarlaşıb - 11,9%.

Bundan başqa "Yaşıllar" - 9,1%, "Solçular" isə 7,9% səs toplayıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.