Dünya

Yaşayış binası uçdu: 30 adam dağıntılar altında qaldı - Mumbayda

25 İyul 2017 11:25
0 Şərh     Baxış: 812
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mumbayda yaşayış binası uçulub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, dağıntılar altında 30-dan çox adamın qalması ehtimal edilir.

İnsident səhər saatlarında şəhərin Qxatkopar rayonunda baş verib. Dağıntılar altından 9 nəfəri sağ çıxarmaq mümkün olub.

Hadisədən dərhal sonra ərazi nəzarətə götürülüb, hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb olunub.

İnsidentin baş vermə səbəbləri məlum deyil.

Hindistanda adətən belə hallar tikinti normalarının pozulması və keyfiyyətsiz tikinti materiallarından istifadə edilməsi səbəbindən baş verir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.