Dünya

Dənizdən cansız bədəni çıxarılan adam xəstəxanada dirildi - VİDEO - FOTO

24 İyul 2017 15:38
0 Şərh     Baxış: 1 866
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çanaqqalada dənizdə batan şəxs möcüzə nəticəsində sağ qalıb.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, hələ dənizə düşməyi qeyri-müəyyən olaraq qalan 41 yaşlı İbrahim İşıkın öldüyünü zənn etsələr də o həkimlərin müdaxiləsi ilə yenidən həyata qaytarılıb.

Çanaqqala sahillərində günorta saat 4 radələrində balıq tutan vətəndaşlar suyun içində bir adamın çırpındığı görüncə vəziyyəti dərhal polisə bildiriblər. Ağzından köpüklər gəldiyi görünən adam bir müddət sonra bataraq yoxa çıxıb.

İşık nəbzi dayanmış halda təxminən 15 dəqiqə davam edən axtarış işlərindən sonra, körpüdən 5 metr aralıda dalğıclar tərəfindən suyun 7 metr dərinliyində tapılıb.

Dənizdən sahilə çıxarılan İşık təcili yardımla Çanaqqala Dövlət Xəstəxanasına çatdırııb. İşık burada edilən müdaxilələrlə həyata qaytarılıb və Nevrologiya bölməsində nəzarətə götürülüb.

Həyati təhlükəsi davam edir

İşıkın həyati təhlükəsinin davam etdiyi deyilir. Hadisə ilə əlaqədar başladılan istintaq davam edir.

Məhəmməd Vaqif

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Dənizdən cansız bədəni çıxarılan adam xəstəxanada dirildi

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.