Dünya

Ukraynalılar ilk dəfə Avropaya vizasız səfər ediblər

11 İyun 2017 14:19
0 Şərh     Baxış: 1 893
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gündən etibarən Ukrayna vətəndaşları 90 gün müddətinə qədər Avropa İttifaqı ölkələrinə vizasız səfərlər edə bilərlər.

Milli.Az bildirir ki, virtualaz.org Ukrayna Dövlət Sərhəd Xidmətinin məlumatına istinadən xəbər verir ki, səhər saatlarından başlayaraq, 600-ə yaxın ölkə vətəndaşı Avropa ölkələrinə yollanıb.

Barselonada bir qrup ictimai fəal ukraynalı turistləri "Ukraynalıları Avropada salamlayırıq" şüarları ilə qarşılayıblar. Bu gün şəhərə Kiyevdən daha bir təyyarə gəlməlidir.

Avropaya vizasız səfər etmiş ilk ukraynalıların şəkillərini özünün Tvitter mikrobloqunda Ukraynanın xarici işlər naziri Pavel Klimkin paylaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.