Adanada özəl bir kollecdə nəzarətçi işləyən qadının həmin iş yerində sürücülük edən kişi tərəfindən qaçırıldığı barədə xəbər vermişdik.
Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, qaçırıldığı irəli sürülən, həmin avtobusda nəzarətçi işləyən 3 uşaq anası Mersindəki bir xəstəxanada tapılıb.
Dostunun arvadını qaçırdı - "Uşaqlar sizə əmanət" - VİDEO - FOTO
Qaçırıldıqdan sonra bir qutu həb içərək intihara cəhd edən gənc qadının xəstəxanaya çatdırıldığı, reanimasiyada müalicəsinin davam etdiyi məlum olub.
Polis gənc qadını qaçırdığı iddia edilən Mehmet B. və ona kömək edən şəxsi saxlayıb.
Hadisə ilə əlaqədar istintaqın davam etdiyi bildirilir.
Məhəmməd Vaqif
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: