Dünya

35 milyon insan hiddətlənib - Braziliyada pensiya qiyamı - FOTO

29 Aprel 2017 11:46
0 Şərh     Baxış: 810
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliyada ölkə tarixinin ən böyük etiraz aksiyalarından biri başlanıb.

Milli.Az El Mundo-ya istinadən bildirir ki, 1990-cı illərdən bəri ən genişmiqyaslı etiraz aksiyasına milyonlarla braziliyalı qatılıb. 35 milyon nəfərin qatıldığı aksiya mənsubları arasında ictimai nəqliyyat, maliyyə-bank, təhsil, tikinti və s. sektorlarda çalışanlar da var.

Nümayişçilər ölkə prezidenti Mişel Temerin təklif etdiyi pensiya islahatlarına qarşı çıxırlar. Aksiya iştirakçıları kiçik şəhərlər və qəsəbələrdə yox, böyük meqapolislərdə yolları kəsərək nəqliyyatın hərəkətini dayandırırlar.

Gələn həftə Braziliya Konqresində müzakirə olunacaq qanun layihəsi pensiya yaşının kişilər üçün 65, qadınlar üçünsə 62 yaş həddində müəyyənləşdirilməsini nəzərdə tutur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.