Sese milçəyi, uzunayaq, mığmığa və sairələri
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bundan əvvəlki məqalədə deyildiyi kimi, milçəklərin bir çox növü vardır. İndi gəlin, onların bəzi növləri ilə tanış olaq.
Sese
Bu vaxta qədər biz insana xüsusi zərəri olmayan milçəklərdən söhbət açmışdıq. Amma təbiətdə zəhərli milçəklərə də rast gəlinir. Əgər vaxtlnda tibbi kömək gəlməsə, belə milçəklər bəzən insanı öldürə də bilirlər. Həmin zəhərli milçəyin adı sesedir. Amma elmi adı isə Glossinadır.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, sese milçəyi qanla qidalanır. Dişi və erkək milçəklər, ilk imkan tapan kimi rast gəldiyi adam və ya heyvanların qanını sormaq istəyirlər. Bu zaman onlar dişlənmiş adamın, ya da heyvanın qanına mikroblar keçirirlər. Bu mikroblar qıcolmaya, yüksək hərarətlə müşayiət olunan lixoradkaya, ürək getməsinə, bəzən isə hətta ölümə də səbəb ola bilirlər. Seselər insanı dişlədikdə ona yuxu xəstəliyi adlanan xəstəlik keçirirlər.
Adətən sese milçəyi tünd rəngdə olur, onun bədənində qonur və krem rəngli naxışlar vardır. Sese ev miçəyindən bir qədər böyükdür. Sese milçəyi haradasa oturub istirahət edəndə, o, qanadlarını bir-birinin üstünə elə qatlayır ki, sanki qayçınln ülgücləridir.
Çoxlu yumurta qoyan ev milçəklərindən fərqli olaraq, sese milçəkləri bütün ömürləri boyunca cəmi 12 dənəyə qədər yumurta qoyur. Onlar öz yumurtalarını torpağa basdırırlar. Sürfələr torpağın içində puplaşırlar və 4 həftə ərzində böyük milçəyə çevrilirlər. Sese milçəkləri cəmi 6 ay ömür yaşayırlar. Sese milçəyi öz çəkisi qədər qan sora bilir. Seselər həm məməli heyvanların, həm sürünənlərin, həm də quşların qanı ilə qidalanırlar. Hətta timsahlar belə, dərilərinin qalın olmasına baxmayaraq, sesenin əlindən canlarını qurtara bilmirlər. Seselər yalnız diri canlıları dişləyirlər.
Sese milçəkləri çox vaxt gündüzlər dişləyirlər, onlar çox nadir hallarda axşamlar qan sorurlar.
Uzunayaq
Siz, yəgin ki, divarlarda oturub öz uzun ayaqlarının üzərində sanki yellənən həşəratları çox görmüsünüz. Bunlar uzunayaq adlanan milçəklərdir. Bu milçəklərin həqiqətən də zərif, nazik sapa oxşayan uzun ayaqları vardır. Uzunayaqların ayaqları demək olar ki, heç bir milçəyin ayaqlarına oxşamır. Gündüzlər uzunayaqlar divarda və yaxud da otun üstündə otururlar. Axşamlar isə otaqların işığına cəlb olunaraq, sonra da buradan çıxmaq üçün divarlara və ya pəncərələrə özlərini çırpırlar.
Böyük uzunayaqlar çox az yemək yeyirlər. Onlar gülün nektarı ilə (şirəsilə) və su ilə qidalanırlar. Amma uzunayaqların sürfələri isə əksinə çox yeyirlər: onlar bitki qidasından - otların saplaqları, kökü və ya yarpaqları ilə qidalanırlar.
Uzunayaqların uzun ayağlarına görə rahat şəkildə hörümçək toruna ilişə bilirlər. Onlar belə tələlərə qaçmaq məcburiyətində qalırlar. Amma uzunayaqların bəzi növləri və onların sürfələri yırtıcıdırlar və onlar balaca soxulcanlar və cırcıramaların yumurtaları ilə qidalana bilirlər. Bəzən isə hətta özü kimiləri də yeyirlər.
Uzunayaqların təqribən 10 000 növü mövcuddur. Uzunayaqların çox nazik qanadları və bədənləri vardır. Elə ona görə də onlar küləkli havalarda demək olar ki, uça bilmirlər. Uzunayaqlar ümumiyyətlə sürətlə uça bilmirlər və ona görə də yırtıcılar onları tez tutub yeyə bilir.
Mığmığa
İsti havalarda şəhər kənarında bir çox hallarda adamın üzərinə mığmığa adlanan çox kiçik milçəklər hücum edir. Onlar bütün Yer kürəsinə yayılmışlar, hətta bəzi ölkələrdə mığmığaları "gözəgörünməzlər" adlandırırlar. Yayın isti günlərində mığmığaları həmiçinin gölməçələrin üzərində dəstə ilə uçan da görmək olur. Bəzən isə onlar böyük ağcaqanadlara da hücum edirlər ki, onların sorduqları qanı özləri sorsunlar. Bəzi mığmığa növləri isə əkin sahələrinə (məsələn, taxıla) ziyan vura bilirlər.
Göyün
Bəzi milçək növlərinin dişləməsi çox ağrıdıcı olur. Məsələn, göyünlər belə milçəklərdəndir. Onlar adətən ev heyvanlarına (məsələn, atlara), bəzən isə insanlara da hücum edir və onları çox bərk dişləyirlər. Göyünlərin iti xortumunun sancması çox ağrılı olur. Amma yalnız dişi göyünlər qan sorurlar. Bütün göyünlər isə daha çox güllərin nektarı ilə qidalanırlar. Bununla da onlar çiçəklənən bitkiləri tozlandırırlar. Elmə göyünlərin 3000-ə yaxın növü məlumdur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Qazancım yoxdur, geyimimə, layihələrə yatırım edə bilmirəm"
-
Millimiz dünya çempionatında ikinci qələbəsini qazandı
-
Cəfər Əsədova yüksək vəzifə verildi
-
ABŞ-də güclü zəlzələ oldu
-
Şəhid atası vəfat etdi - FOTO
-
Rövşən Muradov vəfat edib
-
“Mən olmasaydım, İsrail mövcud olmazdı”
-
Oğurladığı 10 mini görün nəyə xərclədi - VİDEO
-
Velosiped sürən uşağı maşın vurdu
-
Küveyt onlara 24 saat vaxt verdi
-
Kafedən oğrluq etməkdə şübhəli bilinən şəxslər saxlanıldı
-
20 yaşındakı arzusunu 30 il sonra gerçəkləşdirdi
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən tədbirlər silsiləsi uğurla davam edir - FOTO
-
Bakıda məşhur siqaret yoxa çıxıb - Satış nöqtələrində tapılmır
-
Azərbaycanlı müğənni saçlarını kəsdi - FOTO
-
Paşinyandan göyərçin şousu - VİDEO
-
PFL-in prezidenti postuna iddialı namizəd
-
Bakılı qadın Rusiyada nazir təyin olundu
-
Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir
-
Birləşmiş Krallığın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib - FOTO
-
Aİ və Azərbaycan yeni ikitərəfli saziş üzrə danışıqları bərpa edib - FOTO
-
ARD Azərbaycana qarşı: alman media təxribatının anatomiyası
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalı çərçivəsində estrada-caz axşamı keçirilib - FOTO
-
“Retro Dalğası” konsert proqramı tamaşaçılara unudulmaz anlar yaşadıb - FOTO





