Dünya
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
“Nabucco” konsorsiumu ilə tranzit ölkələr arasında Layihəyə Dəstək Sazişləri imzalanıb
8 İyun 2011 17:16
Baxış: 1 528
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Kayseridə (Türkiyə) "Nabucco Gas Pipeline International GmbH." konsorsiumu və beş tranzit ölkənin (Avstriya, Bolqarıstan, Macarıstan, Rumıniya və Türkiyə) məsul nazirlikləri arasında Layihəyə Dəstək Sazişlərinin (LDS-lər) imzalanma mərasimi keçirilib. Bununla da "Nabucco" boru kəməri üçün normativ-hüquqi bazanın formalaşması prosesi yekunlaşıb.
"Nabucco Gas Pipeline International GmbH." şirkətindən APA-ya verilən məlumata görə, LDS-lər "Nabucco" və hər bir tranzit ölkə hökuməti arasında bağlanmış ikitərəfli xüsusi hüquqi sazişlərdir. LDS-lərin əsas elementləri Avropa İttifaqı və Türkiyə energetika qanunvericiliyi çərçivəsində üstün cəhətlərə malik faydalı normativ tranzit bazasının təsdiqlənməsindən, "Nabucco" boru kəmərinin qanunda hüquqi bərabərliyi pozan potensial dəyişikliklərdən qorunmasından və layihənin gələcəkdə həyata keçirilməsi üçün qanunvericiliyə əsaslanan və inzibati tədbirlərə dəstək verilməsindən ibarətdir. LDS-lərdə layihəyə dəstək vermək üçün hər bir hökumət tərəfindən götürülmüş öhdəliklər də əksini tapıb.
"LDS-lərin imzalanması bizim layihəmiz üçün daha bir mühüm əhəmiyyət kəsb edən məsələdir və tranzit ölkələrin hökumətləri ilə bizim tərəfdaşlığımızı və əməkdaşlığımızı gücləndirir. Eyni zamanda, bu gün "Nabucco" Layihəsinin Siyasi Komitəsinin birinci iclası keçirilir və bu komitə tranzit ölkələr arasında səmərəli koordinasiyanı təmin edəcək. Biz layihənin möhkəm əsasından məmnunuq və layihəyə həm siyasi, həm də maliyyə dairələrindən dəstək verilməsini alqışlayırıq. "Nabucco" layihəsi sahibkarları, istehlakçıları, ölkələri və mədəniyyətləri birləşdirən qlobal enerji əməkdaşlığının gələcəyini simvolizə edir və qarşıdan gələn bir çox onilliklər ərzində təchizatın müxtəlifliyi və təhlükəsizliyini təmin edəcək", - "Nabucco Gas Pipeline International GmbH." korporasiyasının baş direktoru Reynhard Mitçek bildirib.
"Nabucco" Layihəsinin Rəhbər Komitəsinin sədri və "Gas & Power at OMV" şirkətinin rəhbəri Verner Aulinin sözlərinə görə, Avropada qaza tələbatının növbəti onillikdə xeyli artacağı gözlənilir və "Nabucco" boru kəməri Xəzər regionunda qaz təchizatçıları üçün üstünlük verilən nəqliyyat metodu olacaq: "Təchizatçılar ilə danışıqlar yaxşı gedir və "Nabucco" boru kəmərinə maraq getdikcə artır".
Qeyd edək ki, bundan öncə "Nabucco"nun tikintisinə 2012-ci ildə, Azərbaycan qazının nəqli isə 2015-ci ildə gözlənilirdi.
Xatırladaq ki, "Nabucco" qaz kəməri Xəzər regionundan təbii qazın Rusiyadan yan keçməklə Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriya vasitəsilə Mərkəzi Avroraya ixracı üçün nəzərdə tutulub. Bu məqsədlə yaradılan "Nabucco Gas Pireline İnternational GmbH." konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), "Transgaz" (Rumıniya), "Bulgargaz" (Bolqarıstan), "BOTAŞ" (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub.
Nəqletmə gücü ildə 31 mlrd. kubmetr olan kəmərlə Azərbaycanla yanaşı, Türkmənistan və İraq qazı da daşınacaq. Layihənin dəyərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək. Layihənin ümumi dəyəri 7,9 mlrd. avro təşkil edir. Lakin hazırda bu rəqəm layihə heyəti tərəfindən dəqiqləşdirilir.
İtaliya bəstəkarı Cüzerre Verdinin 1842-ci ildə yazdığı oreranın rersonayı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3 300 km olacaq.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Panamada 7,7 bal gücündə zəlzələdə işçilər görün nə etdilər - (Video)
-
Tbilisidə səfirə sahibsiz itlər hücum etdi - Xəsarət aldı
-
Aİ Rusiyaya qarşı sanksiyaların 22-ci paketini təsdiqlədi
-
Türkiyədə kibercinayətkarlığa görə 137 nəfər həbs edilib
-
İstanbul boğazında gəmi hərəkəti dayandırıldı
-
Dünyanın ən qısa uçuşu 53 saniyə çəkir: Biletin qiyməti 15 dollardır
XƏBƏR LENTİ
-
Tacir Şahmalıoğlu səhhəti ilə bağlı danışdı: “O şəkilləri silin!” - (Video)
-
Hicab bəhanəsi ilə məktəblərə hücum: SEPAH-ın Azərbaycan üzərindən qurduğu təhlükəli oyun
-
Azərbaycanla Slovakiya arasında məxfi məlumatların mühafizəsi haqqında saziş təsdiqlənib
-
Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Saziş təsdiqlənib
-
AQC sədri Azərbaycanın Rumıniyadakı səfiri ilə görüşüb - (Foto)
-
Panamada 7,7 bal gücündə zəlzələdə işçilər görün nə etdilər - (Video)
-
Azərbaycanla İordaniya arasında vizasız gediş-gəliş təsdiqlənib
-
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - Siyahı
-
Azərbaycanla Ukrayna arasında hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında sazişə dəyişiklik təsdiqlənib
-
Bu da Vüsalə Əlizadənin yeni bahalı avtomobili - (Video)
-
Azərbaycanla Monqolustan arasında hava əlaqəsi haqqında Saziş təsdiq edilib
-
Yasamalda məktəbi yandırmağa cəhd etdilər
-
Məktəb direktorunun maşını yandırıldı
-
Ətin qiyməti ilə bağlı rəsmi açıqlama
-
Aygün Kazımovadan üzr istədi: "O sözlərim yalan idi" - (Video)
-
Nardaran Sağlamlıq Mərkəzinin baş həkimi işdən çıxarıldı
-
"Futbol tarixinin ən yaxşısı mənəm"
-
Tbilisidə səfirə sahibsiz itlər hücum etdi - Xəsarət aldı
-
Aİ Rusiyaya qarşı sanksiyaların 22-ci paketini təsdiqlədi
-
Lətafət Ələkbərovanın başına iş gəldi: Toy sonrası ağır xəsarət aldı - (Video)
-
Evini kirayəyə verənlər üçün qaydalar açıqlandı
-
Kambocanın Baş naziri Heydər Əliyevin məzarını ziyarət edib - (Foto)
-
Babək Quliyev UEFA-dan təyinat aldı
-
Zəhra Hüseynovaya nazirlikdə vəzifə verildi - (Foto)