Dünya

Obama və ailəsi sonuncu açıqcasını hazırlatdı - FOTO

10 Dekabr 2016 19:23
1 Şərh     Baxış: 1 669
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

ABŞ prezidenti Barak Obamanın ölkə başçısı kimi fəaliyyəti artıq başa çatmaq üzrədir.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, prezident "Ağ ev"də lentə alınan Yeni il təbrikinin yer aldığı açıqca hazırtlatdırıb. O, prezident kimi sonuncu açıqcasını dostlarına, media nümayəndələrinə göndərib.

Açıqcanın üzərində Barak Obamanın xanımı Mişel Obama, qızları Mali və Saşanın fotosu yer alıb. Keşmiş birinci ledi kanadalı modelyer Ceyson Vunun kolleksiyasından olan göy rəngli libas geyinib. 18 yaşlı Mali və 15 yaşlı Saşa isə hind modelyer Naima Hananın hazırladığı libasdan istifadə edib.

Açıqçada "Prezident və yaxınları sizlərə "Ağ ev"dən xoş anlar göndərir. Hər kəsə şən bayram və gözəl Yeni il arzulayırıq" sözləri yazılıb.

Məktubun sonunda isə prezident ailəsinin, iti Sanni və Bonun imzası yer alıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.