Dünya

Tramp jurnalistləri aldatdı, restorana getdi - VİDEO - FOTO

16 Noyabr 2016 11:05
0 Şərh     Baxış: 2 253
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

ABŞ-ın yeni seçilmiş, 45-ci prezidenti Donald Tramp dünən protokolu pozub, iqamətgahını tərk edəcəyi barədə jurnalistlərə xəbər vermədən ailəsi ilə birlikdə şam yeməyinə yollanıb.

Milli.Az ABC-yə istinadən bildirir ki, Donald Tramp ailəsi ilə birlikdə "21Club" restoranına gedib. Bu restoran Tramp ailəsinin hazırda yaşadığı "Trump Tower" göydələnindən bir neçə məhəllə aralıdadır.

Trampın gedişini jurnalistlər üçün gözlənilməz edən məqam yeni seçilmiş prezidentin nümayəndəsi Houp Hiksin "Cənab Tramp evini gün ərzində tərk etməyəcək" açıqlaması idi.

Tramp ailəsinin fotoları sosial şəbəkələrdə yayılandan sonra Hiks: "Bu barədə xəbərim yoxdu: gələcəkdə belə situasiyaların təkrarlanmaması üçün zəruri tədbirlər görülür", - deyib.

ABŞ mediası Trampı sərt tənqid edir, onu ənənələri kobud şəkildə pozmaqda suçlayır. Həmin ənənələrə görə, jurnalistlər prezidentin görüşləri və səfərləri barədə əvvəlcədən məlumata malik olmalıdırlar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.