Dünya

Gülnarə dəlixanaya salındı

3 Oktyabr 2016 19:28
11 Şərh     Baxış: 5 495
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Özbəkistan prezidenti İslam Kərimovun vəfatından sonra onun qızı Gülnarə Kərimova psixiatriya xəstəxanasına yatırılıb. Bu xəbəri bu gün öz mənbələrinə istinadla Türkiyənin NTV telekanalı yayımlayıb.

Telekanalın bildirdiyinə görə, Gülnarə Kərimova faktiki olaraq Özbəkistandakı hakimiyyət uğrunda mübarizədən kənarlaşdırılıb. Mənbənin məlumatına əsasən, Gülnarə Kərimova dəlixanaya Özbəkistan prezidentinin vəzifələrini icra edən Şövkət Mirzəyevin göstərişi ilə salınıb.

Virtualaz.org xəbər verir ki, işin təfərrüatları barədə əlavə məlumat verilmir. Əlavə edlir ki, Gülnarə Kərimovanın oğlu İslam Kərimov (prezidentin nəvəsi) anası ilə əlaqə yarada bilmir.

Qeyd edək ki. Gülnarə Kərimova bu yaxınlara qədər Özbəkistanda ən nüfuzlu siyasi fiqurlardan idi. Ard-arda bir neçə beynəlxalq maliyyə qalmaqalından sonra təxminən 5 il öncə onun işləri pis getməyə başlamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.