Dünya

Aldadılmış gəlin özünü yandırdı

13 Aprel 2011 21:47
Baxış: 225
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı "Cameroon Voice"a istinadən bidirir ki, Kamerunun Nkaundere şəhərinin 22 yaşlı sakini Salome özünü yandırıb.

Salome və onun nişanlısı Sedrik Dualudan qayıdırdılar. Salomenin həmin şəhərdə yaşayan valideynləri gənclərin nikahına razlıq vermişdilər.

Qatarda Salome nişanlısına hanısa qadının yolladığı SMS-i oxuyur. Bu SMS-dən sonra Salome qərara gəlir ki, bəs Sedrik onu aldadır və həmin qadını sevir.

Salome və Sedrikin qohumlarının dediklərinə görə, evə dönəndən sonra Salome çox qəribə davranmağa başlayır.

Axşam saatlarında nişanlısının otağına girəndə isə Sedrik qızın alışıb yandığını görür. O, alovu söndürüb təcili yardım çağırsa da, Salome xəstəxanada keçinib.

Salome və Sedrikin qonşuları şübhə etmirlər ki, gəlinin intiharına səbəb onların evlərindəki şər ruhlardır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.