Fevralın 3-də İstanbulda gözlənilən fırtınalı hava şəraiti ilə əlaqədar "Türk Hava Yolları" (THY) İstanbul-Bakı-İstanbul aviareysini təxirə salıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "Türk Hava Yolları"nın rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.
Məlumata görə, fevralın 3-də İstanbul Atatürk Aeroportundan həyata keçirilən İstanbul-Bakı-İstanbul aviareysi fırtınalı hava şəraiti ilə əlaqədar təxirə salınıb.
Qeyd edək ki, hava şəraiti ilə əlaqədar THY fevralın 3-də ümumilikdə 24 aviareysi müvəqqəti dayandırıb.
Milli.Az