ABŞ sanksiyaları Rusiya ideoloqunu hədəfləyir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Aleksandr Dugin Rusiyanın şərqi Ukraynaya hərbi müdaxilə etməsinin tərəfdarıdır.
Birləşmiş Ştatlar Kreml üzərində təsir gücünə malik 14 Ukrayna separatçısına və bir ideoloq da daxil olmaqla ruslara qarşı sanksiyalar elan edib.
Milli.Az BBC-yə istinadən bildirir ki politoloq Aleksandr Dugin, adı Ukrayna münaqişəsi ilə bağlanan ifrat rus millətçisidir.
ABŞ bildirib ki, onunla və Ukraynanın şərqini sabitsizləşdirən başqaları ilə bütün biznes əlaqələrini dayandırır və onların əmlakını dondurur.
Atəşkəsə tam əməl olunmasa da, o artıq bir aydır ki, davam edir.
Rusiya bildirib ki, yeni sanksiyalar dalğasını "anlamaqda çətinlik çəkir".
"Biz qəti şəkildə hazırda Ukraynanın cənub-şərqində baş verənlərlə bu kimi hərəkətlər arasında heç bir bağlılıq görmürük" - Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov İnterfax xəbər agentliyinə bildirib.
Prezident Barack Obama və Avropa liderləri Krımı ilhaq etməsinə və Ukraynanın şərqindəki separatçıları dəstəkləməsinə görə, Rusiyaya qarşı sanksiyalardan əsas təzyiq vasitəsi kimi istifadə edirlər.
"Əgər Rusiya Ukraynada sabitsizləşdirici hərəkətlərini davam etdirərsə, habelə, Minsk razılaşmalarını və icra planını pozarsa, indinin özündə əhəmiyyətli həcmdə çəkdiyi maddi ziyan artmaqda davam edəcək", - ABŞ Maliyyə Nazirliyindən Adam Szubin deyib.
ABŞ-ın yeni sanksiya hədəfləri
Aleksandr Dugin anti-Avropa yönlü Avrasiya hərəkatının yaradıcısıdır və onun baxışlarının davakar Rusiya elitası arasında populyar olduğu düşünülür.
Avrasiya təşkilatının gənclər qanadı olan Avrasiya Gənclər İttifaqı Ukraynada qadağan olunub.
Aleksandr Xodakovski Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) komandirlərindən olub, lakin sonradan qaçaq düşüb və hazırda Donetskdəki Rusiya yönlü qiyamçıların təhlükəsizlik rəhbəridir.
Ukrayna mənimsəmə iddiaları ilə əlaqədar prezident Yanukoviçin hakimiyyəti zamanı baş nazir olmuş Mıkola Azarovun ekstradisiyasını tələb edir.
Onun keçmiş müavini Serhi Arbuzov o vaxt mərkəzi bankın rəhbəri olub.
Keçmiş səhiyyə naziri Raisa Bohatıryovanın da adı siyahıdadır.
Sanksiyalarla hədəflənənlərin arasında keçmiş baş nazir Mıkola Azarovun və prezident Yanukoviçin yaxın çevrəsinə daxil iki vəzifəli rəsminin də adları var. Onlar "Ukrayna dövlət mülkiyyətinindən sui-istifadədə" ittiham olunurlar.
Sanskiya siyahısına həmçinin özünü müstəqil elan etmiş Luhansk və Donetsk "xalq respublikalarının" 5 rəsmisi, habelə Aleksandr Dugin də daxil Avrasiya Gənclər İttifaqının liderləri daxil ediliblər.
Rusiyanın tanınmış ifrat millətçi filosoflarından biri kimi tanınan Dugin "prezident Vladimir Putini Rusiyanın mənəvi nüfuzunu xilas etmək məqsədilə şərqi Ukraynaya hərbi müdaxilə etməyə" çağırmışdı.
ABŞ bildirib ki, Avrasiya Gənclər İttifaqı "özünün müstəqil elan etmiş DNR-in tərəfində döyüşmək üçün hərbi və döyüş təcrübəsi olanların səfərbərliyini təşkil edib" və təşkilat Ukraynada məxfi fəaliyyət göstərir.
Hazırda Krımda fəaliyyət göstərən və regionda ən böyük sayılan Rusiya bankının mülkiyyəti ABŞ tərəfindən dondurulub.
Bu arada adının çəkilməsini istəməyən ABŞ rəsmisi mediaya bildirib ki, Vaşiqnton Ukraynaya silahsız dronlar da daxil daha çox qeyri-döyüş yardımı edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Türkiyədə kibercinayətkarlığa görə 137 nəfər həbs edilib
-
İstanbul boğazında gəmi hərəkəti dayandırıldı
-
Dünyanın ən qısa uçuşu 53 saniyə çəkir: Biletin qiyməti 15 dollardır
-
Zelenski: Rusiya ilə enerji atəşkəsinə hazırıq
-
Zelenski Tramp barədə: "Putini dayandıra bilmədiyi üçün Ukraynaya təzyiq edir"
-
“Növbəti hücuma cavab fərqli olacaq” - Tehran xəbərdarlıq etdi
XƏBƏR LENTİ
-
Türkiyədə kibercinayətkarlığa görə 137 nəfər həbs edilib
-
Vahid geyim forması məktəblərdə uğurla tətbiq olunur - 247 nömrəli məktəbdən reportaj - (Video/Foto)
-
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva və Kambocanın Birinci xanımı Piç Çanmoni görüşüblər - (Video)
-
İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub
-
Noyabrda hansı ərzaqlar bahalaşacaq, hansılar ucuzlaşacaq? - Siyahı
-
Müəllimlər geyim qaydaları ilə bağlı qərarı dəstəkləyirlər
-
Nisyə mal satanların diqqətinə: Məlumatlar 90 faiz uyğun gəlməsə...
-
Ayın 13-də yağış yağacaq - Proqnoz
-
ASCO-nun quru yük daşımaları bir ildə 39 % artıb
-
Azərbaycanda futbolçu ölü tapıldı
-
Prezident İlham Əliyev: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır
-
Səfərbərlik Xidmətinin 121 əməkdaşı barəsində araşdırmalar aparılıb
-
Prezident İlham Əliyev: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür
-
Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər
-
“Məktəb və universitetlər radikal çağırışların meydanına çevrilməməlidir”
-
Eda Ece: “Öpüşmə səhnələrinə çəkilmirəm, dekolteli geyinmirəm” - (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər
-
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - (Foto)
-
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - (Foto)
-
Mərkəzi Bankdan kreditlə bağlı qərar: Bu şəxslər zamin ola bilməyəcək
-
Azərbaycanda kimlər 4 min manatdan çox maaş alır?
-
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - (Video/Foto)
-
Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır





