Ermənistan: xaricdən göndərilən pullar azalıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ermənistanda 2015-ci ilin əvvəlindən ölkəyə daxil olan fərdi transfertlərin həcmi kəskin şəkildə azalıb, Ermənistan Mərkəzi Bankının hesabatında deyilir.
Milli.Az BBC-yə istinadən bildirir ki, yanvar ayına olan hesabata əsasən, ötən ilin eyni müddətilə müqayisədə 2015-ci ilin yanvar ayında Ermənistana xaricdən göndərilən fərdi transfertlərin ümumi həcmi 41, 08 faiz azalıb və 72 milyon 169 min ABŞ dolları təşkil edir.
Bu rəqəm 2014-cü ilin yanvar ayında 122 milyon 506 min dollar olub.
Xaricdən Ermənistana daxil olan fərdi transfertlərin böyük hissəsi Rusiyada mövsüm işlərində olan Ermənistan vətəndaşları tərəfindən göndərilir. Rusiyadan alınan fərdi transfertlərin həcmi son bir il ərzində 56, 01% azalıb: 2014-cü ilin yanvarında tək bank sistemi vasitəsilə 87 milyon 243 min, düz bir ildən sonra isə 38 milyon 371 min dollar məbləğində pul göndərilib.
Fərdi transfertlər kimi ölkəyə daxil olan xarici valyutanın həcmi Ermənistan dövlət büdcəsi ilə müqayisə edilə bilər. Bəzi mütəxəssislər əvvəlki illər Ermənistana xaricdən ildə 3 milyard dollara yaxın pul göndərilirdi.
Məsələn, 2013-cü ildə fərdi pul köçürmələri xəttilə Ermənistana təxminən 2, 1 milyard dollar göndərilib, bir ildən sonra isə bu göstərici 7,7 faiz azalıb.
Ukrayna hadisələri ilə bağlı Qərbin sanksiyaları nəticəsində Rusiyada iqtisadi durumun pisləşməsi, rublun məzənnəsinin düşməsi Rusiyada işləyən əmək mühacirlərin gəlirini azaldıb. Mövsüm işlərindən qayıdanların bir hissəsi bu il Rusiyaya qayıtmayıblar.
Bu hal Ermənistan əhalisinin alıcılıq qabiliyyətini kəskin şəkildə düşməsinə, yaşayış səviyyəsinin pisləşməsinə gətirir, Ermənistan Milli Bankının sabiq rəisi Baqrat Asatryan deyir.
İqtisadçılar Ermənistanda hər halda cari ildə iqtisadi göstəricilərin yaxşıya doğru dəyişməyəcəyini və yoxsulluq səviyyəsinin artacağını proqnozlayırlar.
Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxil olması, "Rusiya istiqamətinə" üstünlük verməsi gözlənilən müsbət effekti verməyib, əksinə, mənfi təsir edib, Asatryan jurnalistlərə deyib.
Gömrük İttifaqına üzv olması Ermənistanın başqa ölkələrlə ticari əlaqələrini əngəlləyir, Rusiyada rublun məzənnəsinin Ermənistan dramından daha çox düşməsi səbəbindən Ermənistanın bu ölkəyə ixracatı mənfi effekt verir.
Məsələn, Ermənistan şərabları və konyak Rusiya bazarında xeyli bahalaşıb, çətin satılır və Ermənistan istehsalatçıları ixracatı "sərfəli vaxtlara qədər" dayandırıblar.
İqtisadçının sözlərinə görə, Ermənistanda tənəzzül davam edəcək və cari ildə inflyasiyanın 8-10 faiz artması fonunda 10-12 faiz təşkil edəcək.
Asatryanın proqnozuna görə, böhran ən azı daha üç il davam edəcək, lakin Rusiyada vəziyyət yaxşılaşsa, 2017-ci ilədək sabitləşə bilər.
Ermənistan Milli Bankının ötən ay dərc etdiyi məruzəsinə əsasən, bu il Ermənistanda hökumət tərəfindən 4,1 faiz səviyyəsində planlaşdırılan iqtisadi artım 10 qat aşağı - 0,4-2% - ola bilər.
Mərkəzi Bank həmçinin fərdi tranfertlərin də təxminən 30 faizədək azalacağını gözləyir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Çin aviaşirkətləri tayfun səbəbindən 2800 reysi ləğv etməyi planlaşdırır
-
Müctəba Xamenei atasının dəfn mərasimində niyə iştirak etməyib?
-
Türkiyədə kişi çağırışa gedən polisi güllələyib öldürdü
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Trampın açıqlamasına İrandan cavab gəldi
-
"Netflix" yeni yayımlara hazırlaşır
XƏBƏR LENTİ
-
Çin aviaşirkətləri tayfun səbəbindən 2800 reysi ləğv etməyi planlaşdırır
-
Matçda təhqiramiz ifadələr işlədən aktyor cərimələndi
-
Bu aylarda doğulan insanlar taleyini dəyişmək üzrədirlər
-
Prezident İlham Əliyev: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
-
Qaradağda ağır qəza - Ölən və yaralananlar var
-
Prezident İlham Əliyev: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir
-
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
-
Prezident İlham Əliyev: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
-
Prezident İlham Əliyevin Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə səmimi söhbəti - (Video)
-
Müctəba Xamenei atasının dəfn mərasimində niyə iştirak etməyib?
-
Slovakiya Prezidenti Azərbaycana səfər edəcək
-
Dünya çempionatından qayıdan afrikalı futbolçu öldü
-
Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib
-
"Real" klubu Vinisius Junior ilə yeni müqavilə barədə razılığa gəlib
-
Türkiyədə kişi çağırışa gedən polisi güllələyib öldürdü
-
Prezident İlham Əliyev “Xankəndi” hotelinin açılışında iştirak edib - (Foto)
-
Akademik Musiqili Teatrda "Şahmaran" tamaşasına daxili baxış keçirilib - (Foto)
-
Prezident İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə görüşü ilə bağlı paylaşım edilib - (Video)
-
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
-
Dmitri Breykin vəfat etdi
-
Sabah Abşeron çimərliklərində külək güclənəcək
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Prezident İlham Əliyev Şuşada “Yasəmən” hotelinin yeni korpusları ilə tanış olub - (Foto)





