Qətlə yetirilmiş müxalif siyasətçi Boris Nemtsovun qızı Janna BBC-yə müsahibəsində bu cinayət üçün siyasi məsuliyyəti Rusiya prezidenti Vladimir Putinin üzərinə qoyub.
"Atam Putinin ən əsas tənqidçisi olub. O, Rusiya müxalifətinin ən güclü lideri olub. O, Putinlə mübarizə edib, başqa heç kəslə yox", - Nemtsovun qızı hesab edir.
BBC müxbiri Gabriel Gatehouse-un Janna Nemtsova atasının ölümündə məsuliyyəti Vladimir Putinin üzərinə qoyurmu dəqiqləşdirici sualına cavab verərək, o deyib: "Bəli, siyasi mənada".
Dərhal atası Borisin dəfnindən sonra Janna Nemtsova xaricə yollanıb, və onun BBC-yə müsahibəsi İtaliyada yazılıb.
"Onlar mənim atamı öldürüb, mən susa bilmərəm", - deyə Nemtsova əlavə edib ki, Rusiyaya qayıtmağa qorxmur.
"Onlar həqiqəti müəyyən etməkdə maraqlı deyil"
Boris Nemtsov 27 fevral gecəsi Kremlin lap yaxınlığında Böyük Moskvoretsk körpüsündə öldürülüb. Qətlə aidiyyəti olmaqda şübhəli bilinən beş nəfər həbs olunub.
İstintaq üzrə Nemtsovun ehtimal olunan qatili çeçen DİN "Sever" batalyonu komandirinin müavini Zaur Dadayev hesab edilir. Daha əvvəl istintaq nümayəndələri Dadayevin artıq etiraf etdiyini bəyan ediblər, lakin Dadayevin özü hüquq müdafiəçilərinə müxalifətçini öldürmədiyini bildirib.
Janna Nemtsova hesab edir ki, rəsmi istintaq atasının qətlə yetirilməsinin həqiqi təşkilatçılarını müəyyən etməyəcək.
"Mənim bu, necə deyərlər, araşdırmaya heç inamım yoxdur. Mən bilirəm ki, bəzi qərb siyasətçiləri - bunun nə qədər ciddi olduğunu deyə bilmərəm - beynəlxalq araşdırma keçirmək istəyirlər. Məncə, yəqin bu düzgün olar, çünki Rusiyada haqq-ədalət, müstəqil məhkəmə və heç bir müstəqil araşdırmalar yoxdur", - o bəyan edib.
Onun sözlərinə görə, Rusiya KİV-ində Nemtsovun qətlində sifarişçi olmadığı, Zaur Dadayevin isə şəxsi təşəbbüsü ilə hərəkət etdiyi barədə istintaqa istinadən yayılan informasiya onu heyrətə gətirib.
Janna Nemtsova müstəntiqlərin onunla heç ifadə almaq üçün əlaqə saxlamadıqlarını, lakin həlak olan atasının artıq qətl gecəsi hüquq-mühafizə orqanları tərəfindən bütün texnika və sənədlərin yığışdırıldığı mənzilinə buraxılmadığını bildirib.
"Onlar həqiqətin müəyyən edilməsində maraqlı deyil", - deyir Janna Nemtsova.
"Çeçenistanda ona hörmət edirdilər"
Çərşənbə günü məlum olduğu kimi, Zaur Dadayevin özü bəyan edib ki, o, dostu Ruslan Yusupovun azadlığa buraxılması müqabilində etiraf ifadəsinə məcbur edilib. O, İctimai Nəzarət Komissiyası nümayəndələrinin istintaq təcridxanasına səfəri zamanı tutulduqdan sonra qəddarcasına rəftara məruamansız rəftara məruz qaldığından şikayətlənib.
"O ki, Zaur Dadayev Moskvanın mərkəzində, xüsusi keşik çəkilən bir zonada, qətl zamanı nədənsə hansısa kameralar işləmədiyi yerdə, bax burada o, atamı öldürüb - yox, mən buna inanmıram. Hətta bilavasitə icra edən belə o olsa, nədən birdən-birə onun beyninə belə bir ideya gəlib - Nemtsovu öldürmək... Motivi nədir? Mən motiv görmürəm", - Janna Nemtsova mülahizə edir.
Onun fikrincə, cinayətin dini zəmində törədildiyinə dair istintaqın versiyası da tənqidə layiq deyil.
"Ona [Boris Nemtsova] Çeçenistanda hörmət edirdilər, onun Dağıstanda, İnquşetiyada hörməti olub. O, Çeçenistanda müharibəni dayandırmağa kömək edib, və orada bunu doğurdan da xatırlayırlar. Və onun 90-cı illərdə orada hərbi münaqişənin inkişafının qarşısını almaq üzrə onun fəaliyyətinə görə çox minnətdardırlar", - Nemtsova xatırladır.
"Hələ də inana bilmirəm"
Nemtsovun qızının fikrincə, qətlin əsas səbəbi Nemtsovun rejimlə inadlı mübarizəsi və hakimiyyəti ardıcıl surətdə tənqid etməsi olub.
"Hər hansı ayrı-ayrı epizodlar səbəb olmayıb, özünüzü aldatmayın. Sadəcə, onun mövqeyi - o, heç vaxt hakimiyyətlə heç bir kompromisə getməyib. O, öz prinsiplərinə dəqiq əməl edirdi", - Janna Nemtsova deyir.
O, Nemtsovun bir siyasətçi kimi Rusiyada böyük çəkiyə malik olmadığı fikri ilə qətiyyən razı deyil. Onun fikrincə, Rusiya dövlət telekanallarının onun atasına qara yaxmaq üçün nə qədər səylər sərf etməsi bunun əksinə dəlalət edir.
"Mən ümumiyyətlə təklif edərdim ki, - və atam da məni dəstəkləyərdi - bütün dövlət telekanallarının rəhbərləri informasiya terrorçuluğuna görə sanksiyalar siyahısına daxil edilsin. Onların hər gün insanların başına axıtdığı, nəticədə dünyanın tamamilə təhrik olunmuş mənzərəsi yaradılan, yalanlarına görə. Mən hesab edirəm ki, onlar cavab verməlidir və əminəm ki, belə də olacaq. Kulistikov - NTV-nin başçısı, Dobrodeyev - "Rossiya" kanalının rəhbəri, Ernst - Birinci kanalın rəhbəri - onların hamısı Ukraynada hərbi münaqişənin qızışdırılmasında bilavasitə iştiraklarına görə sanksiya siyahısına daxil edilməlidir", - Nemtsova bəyan edir.
Janna Nemtsova bu dediklərinə görə Rusiya hakimiyyəti onu siyasi fəal kimi nəzərdən keçirməyə başlayar, hərçənd indiyə kimi o heç vaxt fəal olmayıb.
"Bilisinizmi, mən həmişə pessimist olmuşam. Lakin bu qətl mənim bütün həyatımı alt-üst elədi. Ona görə yox ki, mən müəyyən illüziyalar bəsləmişəm, lakin mən, əlbəttə, bunun prinsipcə mümkün olmasını düşünməmişəm. Doğrusu, mən hələ də inana bilmirəm ki, atamı öldürüblər", - Janna Nemtsova etiraf edib.
Milli.Az