Dünya
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Stalin Tibetdə ölüb?
29 Yanvar 2011 10:21
Baxış: 4 194
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı bildirir ki, bu yaxınlarda Stalinin son günləri haqqında həkimlərin əlyazma jurnallarının yazıları məxfilikdən çıxarıldı. Jurnal 1953-cü il 2-6 mart tarixləri arasında yazılıb. Növbətçi həkim və patoloqoanatomların imzaladığı jurnalda çətin ki, olmayan hadisələr uydurulsun. Çünki yazılan hər cümləyə görə onlar başları ilə cavabdeh idilər. Bu jurnal yazılarından əslində o zaman nələrin baş verdiyini az da olsa, anlamaq olar.
Stalinin nəşi patoloqoanatomlar tərəfindən çox dəqiqliklə təsvir olunub. Lakin maraqlı məqam odur ki, hesabatda onun iki çox aydın fərdi əlaməti haqda heç nə deyilmir. Sağ ayağının ikinci və üçüncü barmağlarının birləşdiyi yer və uşaqlıqda sol qolunun zədələnmiş dirsəyi. Buradan ancaq bir nəticəyə gəlmək olar: yarılan meyit rəhbərin olmayıb! Patoloqoanatomik ekspertizaya Stalinin oxşarının cəsədini təqdim ediblər! 1953-cü il martın 9-da slahdaşları çox böyük ehtimalla Stalinin əvəzinə başqa birini dəfn ediblər.
Stalin öz həyatı üçün çox qorxurdu və həddindən artıq şübhəcilliyi ilə seçilirdi. O, şəxsi mühafizəsi üçün mürəkkəb qaydalar işləmişdi və vaxtının çoxunu özünün ətraf aləmdən təcrid olunmuş Blijni bağ evində keçirirdi. Heç kim bilmirdi ki, yatan zaman Stalin üç otağın hansındadır. Qapıları isə şəxsən özü xüsusi mexanizm vasitəsilə açırdı. Kremldən bağ evinə iki yol vardı və hər ikisi bütün sutka ərzində üç növbəli olmaqla 1200 nəfər tərəfindən qorunurdu. Xüsusi orqanlar bütün ölkə ərazisində Stalinə bənzəyən adamları axtarırdılar ki, sonradan Stalinin həyatına təhlükə yaranacağı təqdirdə onlardan istifadə edilsin.
Rəhbərin dublyorları
Onlardan biri - Vinnisindən olan mühasib Yevsey Lubinskinin taleyi haqqında məlumat var. O, 1981-ci ildə öz əcəli ilə ölüb. 1935-ci ilin sentyabrında Moskva ətrafındakı bağ evinə gətirilib və Stalinə maksimum dərəcədə bənzədilib. Ona yarım il təlim keçirilib, dəfələrlə kinoxronikalar izlədilib ki, rəhbərin bütün davranışlarının incəliklərini mənimsəsin. İmtahanı baş katibin özü şəxsən götürür. O, nəticədən razı qalır və hətta oxşarı ilə birgə bir qədəh konyak da içir. Tezliklə Lubinski müxtəlif qəbullarda və görüşlərdə iştirak edir. Bəzən bayramlarda mavzoleyin pilləkənlərinə qalxır və Beriya, Malenkov və ölkənin digər rəhbərləri ilə yanaşı dayanırdı. Onun sözlərinə görə, ətrafındakılar bilirdilər ki, onlarla yanaşı dayanan rəhbərin oxşarıdır.
Digər dublyor - Xristofor Qolştab Stalinə daha çox bənzəyirdi. Üzünün çopurları eynən rəhbərdə olduğu kimi idi. Onu Moskva klinikalarının birində etmişdilər. Aktyor qabiliyyəti imkan verirdi ki, teatrda, rəsmi qəbullarda və paradlarda təbrikləri qəbul etsin. Onu hər zaman dövlət təhlükəsizlik orqanının əməkdaşı İvan Xrustalev müşayiət edirdi.
Adətən mühafizənin böyük hissəsi birinci Stalinə qoşulurdu. Onu qapıya qədər ötürdükdən sonra özləri küçədə gözləyirdilər. Yaxınlaşan ikinci Stalin sərt formada soruşur: "Kimi müşayət edirdiniz?" Onlardan biri cavab verir:
- Yoldaş Stalini.
- Yoldaş Stalini? - rəhbər təəccüblənmiş görkəm alaraq soruşur: Onda sizin qarşınızdakı kimdir?
Mühafizəçi özünü itirərək: - Qarşımızdakı... sizsiniz, yoldaş Stalin?"
"Zarafatcıl" hətta öz mühafizəçilərini belə məsxərəyə qoyurdu.
Torontodan olan Kanada tarixçisi Qreq Sinko özünün "Xristos və Stalin - paralellər və perpendikuliyarlar" kitabında bir qədər qeyri-adi görünən, lakin bəzi sənədlərdə və şahidlərin ifadələri ilə öz təsdiqini tapan daha iki oxşarın adını çəkir.
Hind yolu
Tarixçinin versiyasına görə, Stalin özü siyasi səhnədən getmək planını işləyib hazırlamışdı. O, başa düşürdü ki, qocalıb zəifləyən kimi "etibarlı silahdaşları" onu məhv edəcəklər. Stalin dini ədəbiyyatı çox gözəl bilirdi və ona məlum idi ki, hind monastrlarının birində "Tibet Yevangeliyası"nın manuskripti (qədim əl yazısı) saxlanılır. Orada qeyd olunur ki, Xristos, yəni müqəddəs İsa çarmıxda ölməyib, öz şagirdləri tərəfindən xilas edilib və həyatının sonuna qədər Hindinstanın Kəşmir ştatında yaşayıb. Görünür, Stalin İsanın "hind yolu"nu təkrar etmək istəyib. 1950-ci ilin dekabrında o, Beriyaya kod adı "Himalaya səyahət" olan gizli əməliyyatı həyata keçirməyi tapşırır. Və Boris Arapetov - rəhbərin daha bir oxşarı Mosva-Ankara-Kabul-Tehran-Mədrəs marşrutu ilə yola düşür.
O, lal-kar tacir İsabəy sifəti ilə Himalay dağının ətəyində məskunlaşır. Özünün son səyahəti olduğunu ağlına belə gətirməyən İsabəy itməli, onun yerini isə rəhbər tutmalı idi ki, öz həyatının sonlarını burada sakit yaşasın.
Moskvada isə əməliyyatın sonunu başqa dublyor gözləyirdi - keçmiş çay mütəxəssisi Avtandil Calaqoniya. Arapetov kimi, o da taleyinin sonunu görmürdü və heç ağlına da gəlmirdi ki, Mavzoleydə Leninn yanındakı yer onu gözləyir.
Finala hazırlıq çox vaxtında və dəqiq işlənmişdi. İlk olaraq Stalinin yaxın ətrafı - onu üzdən çox yaxşı tanıyan şəxslər aradan götürüldülər. 1952-ci ilin dekabrında rəhbərin mühafizəçisi Vlasik həbs olundu. "Sadiq silahdaşıyan" - katib Poskrebişev işindən kənarlaşdırıldı, şəxsi həkimi Vinoqradov və Kremlin Müalicə-sanitar idarəsinin rəisi Yeqorov həbs olundular. Bunun ardınca Stalinin təhlükəsizliyinə cavabdeh olan Kremlin komendatlığının başçısı general Kosınkin "vaxtsız" vəfat etdi. Eyni zamanda rəhbərlə işləyən digər şəxslər və dublyorların yaxınları ya "qəfildən" öldülər, ya da düşərgələrə göndərildilər.
Stalinin silahdaşlarının qəribə davranışları da diqqətçəkicidir. Nəyə görə 1956-cı ildə şəxsiyyətə pərəstiş kultu aradan qaldırıldıqdan sonra və məlum olduqda ki, tiran milyonlarla insanın ölümünə səbəb olub, onun oxşarının cəsədi Mavzoleydən götürülmədi? Görünür, o zaman Stalin hələ yaşayırdı və rəhbərin "köhnə dostları" bu məsələni birdəfəlik həll etməyə cəsarət etmədilər. Lakin bütün dövrlərin və xalqların ən böyük şəxslərindən birinin həyatının son günlərinə dair başqa ehtimallar da var.
Məlumdur ki, Stalin 1953-cü il martın 5-də vəfat edib. Həkimlər beş gün onun həyatı uğrunda mübarizə aparıblar. Lakin o hadisənin təfərrüatı barədə rəsmi məlumatlarda və hadisə iştirakçılarının xatirələrində xeyli ziddiyyətlər var. Rəhbərin xəstəliyinin başladığı yer və vaxt, onun ölümünün vaxtı barədə fərqli məlumatlar var. Şayiə gəzirdi ki, onu "sadiq silahdaşları" aradan götürüblər, çünki rəhbər yeni və daha qanlı "təmizləmə"yə başlayacaqdı və çox güman ki, ilk qurbanlar məhz yaxın ətrafı olacaqdı, lakin silahdaşları daha cəld tərpənərək onun ən yaxın adamlarını məhv edib Stalini neytrallaşdırdılar. Bağ evinin komendantı İ.Orlov isə iddia edirdi ki, Stalin öz otağından çıxmadıqda narahat olan mühafizə xidməti öz adi iş rejimini pozaraq 9-cu idarənin nümayəndələrinin iştirakı ilə qapıları qırmaqla içəri keçib və rəhbəri ölmüş halda döşəmədə tapıblar.
Hələ XX əsrin 30-cu illərində NKVD-də gizli laboratoriyaların olması haqqında söhbətlər gəzirdi. O günlərin sənədlərində Stalinin orqanizmində zəhərin tapılması ilə bağlı aparılmış ekspertizalar barədə heç bir məlumat yoxdur. Əgər oxşar olubsa, o zaman sual yaranır: bəs rəhbərin özü hanı? Onu guya sağ görən ən son adam Xrustalev olub. Lakin o və başqaları çox şeylər bildiklərinə görə bir-birinin ardınca ölüblər. Stalinin cəsədinin yarılmasında iştirak edən həkimlərin isə çoxu yoxa çıxıb.
XX əsrin görkəmli şəxsiyyətləri sırasında özünəməxsus yeri olan Stalinin həyatı və fəaliyyəti kimi, ölümü də bu günə qədər ziddiyətli və müəmmalı olaraq qalır. Növbəti yazılarımızda onun fəaliyyətinin bir sıra mühüm məqamlarını sizinlə bölüşəcəyik.
Yaqut
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycan beynəlxalq axtarışa verilən şəxsləri Özbəkistana təhvil verib
-
Konor Makqreqor UFC-yə qayıdır
-
“Samsunspor”un keçmiş futbolçusu "Şəfa"da!
-
Ajda Pekkan NATO liderlərinin həyat yoldaşları üçün oxudu - (Video)
-
Hava pisləşəcək: İntensiv yağış, sel keçəcək
-
Abdullah Zubir 300-cü qolunu vurub
-
Bakıda partlayışda yaralanan ər-arvad xəstəxanada öldülər
-
Azərbaycanda fəxri adlara görə təqaüd alanların sayı açıqlandı
-
“Qarabağın daş yaddaşı” fotomüsabiqəsi elan olunur
-
Netanyahunun oğlu adını dəyişdi
-
Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - (Video)
-
İcbari tibbi sığortanın tətbiqi ilə bağlı yenilik
-
Mirzə Mirimli vəfat etdi
-
Bakıda 6 marşrutun hərəkət istiqaməti dəyişdirilib
-
FHN-dən əhaliyə müraciət
-
"Araz-Naxçıvan"ın futbolçusu əməliyyat olundu
-
Şahin Növrəslinin çoxdan gözlənilən konserti keçirildi - (Foto)
-
Ərdoğanın Peterə hədiyyə etdiyi həmin tapança - FOTO
-
Bayram Səfərovun bacısı Şuşa Müalicə-Sağlamlıq Mərkəzinə baş direktor təyin olundu - (Foto)
-
Azərbaycanlı gəmi kapitanı Litvada vəfat etdi
-
Vüsalə efirdə göz yaşı tökdü - (Video)
-
Türkiyədə 22 yaşlı tələbə faciəvi şəkildə öldü - Qəzanın (Videosu)
-
Bakıda yayıldığı iddia olunan qulaqdibi xəstəliyi ilə bağlı rəsmi açıqlama
-
Mbappedən dünya çempionatında yeni rekord