Dünya

Üç bankdan 1 milyard dollar yoxa çıxdı

4 May 2015 22:07
0 Şərh     Baxış: 2 163
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Moldovada kütləvi etiraz dalğası başlayıb.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, ötən gündən başlayaraq minlərlə sakin ölkənin üç bankından 1 milyard dolların yoxa çıxmasına etiraz yürüşü keçirirlər. Bu vəsait ölkənin ümumi daxili məhsulunun (ÜDM) beşdə birinə bərabərdir.

Moldova rəsmiləri faktla bağlı araşdırmaya başlayıblar. Pul 2014-cü ilin noyabrında, parlament seçkilərindən əvvəl yoxa çıxıb. Kimliyi açıqlanmayan 2 nəfər saxlanıb, digərlərinin bank hesabı dondurulub.

Etirazçılar korrupsiya əleyhinə şüarlar səsləndirib, baş prokurorun, Ali Məhkəmənin bir neçə hakiminin və qalmaqalda iştirak etdiyi güman edilən siyasətçilərin istefa verməsini tələb ediblər.

Onlar "Oğrular rədd olsun!", "Milyardları geri istəyirik!" şüarları səsləndirib, əllərində Moldovanın və Avropa İttifaqının bayraqlarını qaldırıblar.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.