Dünya

Ərəbistan Yəmənə qoşun yeridir

4 May 2015 09:49
0 Şərh     Baxış: 1 042
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səudiyyə rəsmiləri isə bu iddiaları təkzib edir

Səudiyyə Ərəbistanı Yəməndə husi üsyançılarına qarşı mübarizəyə dəstək olmaq məqsədilə bu ölkəyə qoşun yeridib. Səudiyyə Ərəbistanı hərbi qüvvələrinin Ədən şəhərində hava limanına eniş etdikləri bildirilir. Bu barədə husiyönümlü Cənub Xalq Müqaviməti hərəkatı məlumat yayıb.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, Səudiyyə Ərəbistanı iddiaları rədd edir. Bəzi mənbələr isə sözügedən qüvvələrin kəşfiyyatçılar olduğunu xəbər kimi yayıb. Hava limanı ətrafında koalisiya qüvvələri ilə husilər arasında döyüşlərin də getdiyi qeyd olunur.

Səudiyyə Ərəbistanı hərbi qüvvələri indiyə qədər husilərə qarşı aviazərbələr endirməklə kifayətlənirdi.

Beynəlxalq hüquq müdafiəçiləri - "Hyuman Rayts Uoç" isə koalisiya qüvvələrini hərbi hava əməliyyatları zamanı üsyançılara qarşı kasset tipli silahlardan istifadə etməkdə günahlandırıb.

2008-ci ildən bu cür silahların istifadəsi beynəlxalq konvensiya əsasında qadağan olunub.

Yəməndə husilər yanvar ayında paytaxt Sənanı ələ keçiriblər. Prezident Əbd Rəbbo Mənsur Hadi zorakılıqlar səbəbilə ölkəni tərk edərək Səudiyyə Ərəbistanına sığınıb.

İndiyə qədər döyüşlərdə 1000-dən çox insan öldürülüb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.