Dünya

"Ata"dan 3 yaşlı uşağına qarşı görünməmiş vəhşilik

27 Fevral 2015 17:51
5 Şərh     Baxış: 8 003
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Atam nəcisini 3 yaşlı qardaşıma yedirib"

"Atam 3 yaşlı qardaşımıza öz nəcisini yedirmişdi". Ötən ilin oktyabr ayında Türkiyədə baş verən tükürpədici cinayətin bəzi detalları məlum olub.

Anspress-in məlumatına görə, Oğuz Köylü adlı şəxs 3 yaşlı övladını döyərək öldürdükdən sonra onun cəsədini bir neçə gün eyvanda saxlayıb. Daha sonra isə sellofana sarıyaraq tullantı ərazisində basdırıb.

Kişinin 7 və 9 yaşlarında olan iki digər övladı isə atalarının zülmünü gün üzünə çıxarıblar. Uşaqların sözlərinə görə, ataları 3 yaşlı qardaşları ilə daima qəddar rəftar edib.

"Atam İzzəti döyüb öldürdü. Altını batırdığı üçün döyür, dişləyirdi. Bir dəfə isə onun nəcisini özünə yedirmişdi. İzzətin başını su dolu vannaya salırdı. Üzündən təpikləyirdi. Anamı da hədələyirdi. Deyirdi ki, əgər polisə getsə, bizim hamımızın başını kəsəcək".

Hadisədən sonra uşaq evinə yerləşdirilən və psixoloq müşayiəti ilə ifadə verən uşaqlar qardaşlarının bədəninin daima gömgöy olduğunu deyiblər. Onların sözlərinə görə, bir gün məktəbdən qayıdanda qardaşlarının evdə olmadığını görüblər. Soruşanda isə onun xəstəxanada olması haqda eşidiblər.

İndi polis tərəfindən saxlanılan 5 uşaq atasının 24 il müddətinə azadlıqdan məhrum edilməsi gözlənilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.