Dünya

Poroşenko hədələdi

27 Fevral 2015 14:51
0 Şərh     Baxış: 1 140
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ukrayna prezidenti Petro Poroşenko bəyan edib ki, qarşı tərəf Minsk razılaşmalarını yerinə yetirməsə, ölkə hərbçiləri ağır texnikanı Donbassda əvvəlki mövqelərə qaytara bilər.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, P.Poroşenko bildirib ki, ağır texnika əvvəlki mövqelərə qaytarıldıqdan sonra Ukrayna ən qısa müddət ərzində düşməni dəf etməyə hazır olacaq.

Qeyd edək ki, ötən gün ATƏT-in müşahidəçiləri təsdiq ediblər ki, Ukraynadakı münaqişənin hər iki tərəfi cəbhə xəttindən ağır texnikanı geri çəkməyə başlayıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.